Nikol Qarabağ ermənilərini niyə aşağılayır? - TƏHLİL

Nikol Qarabağ ermənilərini niyə aşağılayır? - TƏHLİL

Hazırda işğalçı Ermənistanda hakimiyyət böhranı müşahidə edilir. Ancaq bir qədər daha dərindən analiz etsək, bunu dövlətçilik böhranı da adlandırmaq olar.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bu böhranın səbəbini Ermənistanın himayədarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etməsində görür:

“Ancaq Ermənistanı idarə edən imperativ güc mərkəzi ilə münasibətləri azca korlanan kimi bəlli olur ki, nə Ermənistan bir dövlətdir, nə də onun müstəqil siyasi sistemi və ordusu var. Hazırda bu ölkədə baş verən proseslər də bunun əyani təzahüridir. Paşinyan siyasi sistemi, dövlətçilik ənənəsi olmayan bir toplumu idarə etməyə çalışır. Ancaq bunun mümkün olmadığını gördükdə isə korrupsiyaya qarşı mübarizə, sosial problemlərin həlli adı altında yeni bir diktatura qurmağa cəhd edir. Çünki onu hakimiyyətə gətirən bu və bunabənzər problemlərin həlli ilə bağlı topluma verdiyi natamam vədlər olub. Ancaq korrupsiya və sosial problemləri o vaxt həll etmək mümkündür ki, bunu təmin edəcək iqtisadi resurslar və hüquqi sistem olsun. Bunların heç biri Ermənistanda yoxdur. Deməli, problemi də həll etmək mümkün deyil. Bu zaman ən yaxşı həll yolu manipuliyasiya edərək həll illuziyası yaratmaqdır ki, Paşinyan da hazırda elə bunu edir. Ancaq Paşinyan bunun əvəzində işğalçılıq siyasətinə son qoymaq üçün real addımlar atsa, o zaman Ermənistanla kommunikasiyalar açıla bilər. Nəticədə isə ölkədə iqtisadi münasibətlər sistemi formalaşar və Qarabağ problemini həll etmək üçün perspektivlər yaranar”.

Millət vəkili bildirib ki, Paşinyanın bəyanatları daha çox daxili auditoriyaya hesablanıb:

“Nikol bununla Ermənistan erməniləri içərisində reytinqini yüksək saxlamağa çalışır. Onun “məni Qarabağ erməniləri seçməyiblər” fikri bir daha sübut edir ki, Ermənistanda daim Qarabağ ermənilərinə yuxarıdan aşağı baxış olub və bu, bu gün də belədir. Üstəlik, Qarabağ klanı hakimiyyətdə olanda Ermənistanı hərbi-siyasi və iqtisadi avantüraya sürükləyib və Ermənistan müstəqilliyini de-fakto itirib. Ona görə də Qarabağ ermənilərinə münasibətdə Paşinyan kimi düşünənlərin sayı həddindən artıq çoxdur. Onun bu mövqeyi ölkənin Qarabağ probleminin girovuna çevrilməsindən bezmələri kimi də başa düşülə bilər. Hesab edirəm ki, Paşinyan artıq Azərbaycanın ünvanına sərt ritorikanı yığışdırmalı, problemi həll etməyə çalışmalı və işğal faktına son qoymalıdır. Bu, regionda hamının, birinci növbədə isə erməniləri maraqlarına uyğun olardı”.
Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət