Axtarış...

Keçmiş məhkum ögey anasını öldürdü, su quyusuna atdı - Şamaxıda dəhşətli qətl

Keçmiş məhkum ögey anasını öldürdü, su quyusuna atdı - Şamaxıda dəhşətli qətl

57 yaşlı qadını öldürüb su quyusuna atan Rəhim Bağırov hakim qarşısına çıxarılıb.

Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində ögey anasını öldürən Rəhim Hacı oğlu Bağırovun məhkəmə prosesinin baxışı olacaq.

Prosesə hakim Azər Paşayev sədrlik edəcək.

Hadisə ötən il Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının itkin düşməsi barədə polisə məlumat daxil olub.
Axtarış zamanı Badam Bağırovanın meyitini həyətindəki köhnə su quyusundan tapılıb.
Araşdırma zamanı məlum olub ki, hadisəni bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu 1957-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu törədib.

O, atasının ikinci arvadını amansızlıqla qətlə yetirib. Daha sonra onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb. Meyitin üstünə daş və torpaq, ağac atıb.

Ev sahibi Hacı Bağırov dünyasını dəyişsə də, hər iki qadın öz övladları ilə birgə eyni həyətdə yaşayıb.
Mərhum Badam Bağırovanın övladı hadisədən bir gün əvvəl məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polis əməkdaşlarına məlumat verib. Qətli törədən Rəhim Bağırov isə saxlanılaraq istintaqa təhvil verilib. O, daha əvvəl 8 il məhkumluq həyatı yaşayıb və həbsxanadan yeni çıxmışdı.

mənbə:olke.az



Şərh yaz