Bakıda daha bir gənc qız plastik əməliyyatın qurbanı olub.
XALQ.AZ-ın məlumatına görə, plastik əməliyyat Mərcan klinikasında həyata keçirilib.
Belə ki, 23 yaşlı Nərmin plastik cərrah doktor Nurlan Həsənliyə qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib.
Qızın anası Şahnaz Mehdiyevanın sözlərinə görə, qızı əməliyyata görə 5000 manat ödəniş edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Xəstə bu barədə həkimə məlumat versə də, təəssüf ki, həkim xəstəsinə laqeyd yanaşıb. Ailəsi bildirir ki, gənc qız öz hesabına irin axan yarasına dərmanlar tapmağa çalışıb. Lakin yolda halı pisləşib və ordaca dünyasını dəyişib.
Qeyd edək ki, vəfat edən Nərmin bloger fəaliyyəti ilə məşğul olub. Bir qızı var.
Məlumat üçün bildirir ki, “Mərcan” Klinikasının baş həkimi Anestezioloq- Reanimatoloq Araz Ağayevdir.
Faktla bağlı araşdırmalar aparılı
Xalq.az