Axtarış...

"Minlərlə sakinin saatlarla susuz qalması bunların vecinə də deyil..." - NARAZILIQ VAR


"Səhifəmizin dəyərli izləyiciləri, indi paylaşdığımız foto və videolara diqqətinizi çəkmək istəyirik. Deməli, bu gün (dünən nəzərdə tutulur -red.) - 15 dekabrı, səhər saat 09:00 radələrində Abşeron rayonunun Masazır qəsəbəsindəki Yeni Baki şəhərciyinin birinci həyətində su kəsilib. Məlum olub ki, boru partlayıb. Əvvəlcə, bellə qazıb çuxur açmaq istədilər. Bir saatdan sonra isə qərar verdilər ki, bəs bu iş "lapatka"lıq deyil, ekskavator gətirmək lazımdır".

Bu barədə Mia.az-a "Yeni Baki Yaşayış Kompleksi" səıhifəsindən məlumat verilib.

Bildrilib ki, bu arada da su boşuna axmağa davam edib: "1 saata ekskovator gəldi, qazdı, partlamış yeri aşkarladı. 1-2 saat da belə getdi. Su isə boşuna axmağa davam edir. Sonra məlum oldu ki, partlamış yerə xamut bağlamaq lazımdır. Getdilər xamut dalınca. Su isə boşuna axmağa davam edir. Sonra da məlum oldu ki, bu komendantlığın işçiləri nahara gediblər. Təsəvvür edin, qəza şəraitinə baxmayaraq, bunlar naharı 1 saat təxirə sala bilmirlər, ancaq su saatlarla boş-boşuna axa və minlərlə sakin susuz qala bilər. Beləliklə, saat oldu 16:00. Bu vaxta qədər də su boşuna axır, sakinlər də susuz qalıb. Tam 7 saatdan da xeyli sonra partlamış yerə xamut bağlaya bildilər. Xamutun bağlanması prosesi isə heç yarım saat da çəkmədi, yəni, saatlarla vaxtı boşuna itiriblər, suyun boşuna axması və minlərlə sakinin saatlarla susuz qalması bunların vecinə də deyil. O da aydın görünür ki, borunun sonuncu partladığı yerin düz yanında da iki yerdə xamut bağlanıb, yəni daha əvvəl də eyni yerlərdə boru deşilib. Demək ki, boru keyfiyyətsizdir".

Məlumatda daha sonra deyilir: "Təqdim etdiyimiz fotodan gördüyünüz kimi, “İlin Dörd Fəsli” MMC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə olan borcu 620 min manatı keçib. Bu borc hər ay 10 min manat artır. Şirkət isə borcunu ödəmək əvəzinə, israfa yol verməklə nümayişkaranə şəkildə vecsizlik göstərir".

Xatırladaq ki, bir neçə ay əvvəl Abşeron Sukanal İdarəsi Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə birləşdirılib. Yeni qurumun rəisi vəzifəsinə isə Dövlət su Ehtiyatları Agnetliyinin sədri Zaur Mikayılovun qudasının tələbə yoldaşı Etibar Nəbiyev rəis gətirilib.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz