Axtarış...

“Kimin vəzifədə qohumu yoxdursa, işdən çıxarırlar” - GİLEY


Kürdəmir rayonu, Qaramahmudlu kənd sakini Əhədov Vahid Cənnət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu haqsız yerə işdən azad ediblər:

“Mən, Əhədov Vahid Cənnət oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 22 il Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarının istismarı idarəsində çalışmışam. Hal-hazırda məni işdən azad ediblər.

Qeyd edim ki, ədalətsiz ixtisar aparıldı. Kimin vəzifədə işləyən qohumu var, işdə saxladılar. Mənim vəzifədə işləyən qohumum, tanışım olmadığı üçün işdən azad etdilər.

Məlumat üçün bildirim ki, yaxşı işçi olduğuma, Meliorasiya və Su Təssərrüfatı sistemində çox illik səmərəli fəaliyyətimə və vəzifə öhdəliklərimi layiqincə yerinə yetirdiyimə görə, 2 dəfə fəxri fərmanla təltif olunmuşam”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz