Qaradağ rayonu, Ümid qəsəbəsinin sakini Nuruyev Nicat Əhliyyət oğlu tərəfindən Hurriyyet.az saytının redakisyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:
"Mən, Nuruyev Nicat Əhliyyət oğlu, yazarq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Məlumat üçün bildirim ki, yanğın söndürmə idarəsində işləmişəm. 2014-cü ildə Qaradağ rayonu, Lökbatan qəsəbəsində, "Binə" Ticarət Mərkəzində tez-tez yanğın baş verirdi. İdarənin rəisi Əbülfət Kərimov 12 nəfər işçi ayıraraq, maaşa əlavə etməklə bizi 3 növbəyə böldü və "Binə" Ticarət Mərkəzində işə çıxardı. Əmək haqqımız 360 manat oldu.
2014-ci ilin may ayının 5-də "Binə"də 4-cü sırada yanğın baş verdi. Yanğının qarşısını alan zaman güclü xəsarət aldım və məni təcili yardımla ölümcül vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına ("Semaşko") aparıblar. Xəstəxananın xərcini "Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova ödədi.
Rəis Əbülfət Kərimov mənə kompensasiya söz verdi, amma haqqım olanı vermədilər. 6 ay yataq xəstəsi olmuşam. Yataq xəstəsi olduğum üçün məni işdən də çıxardılar. Hal-hazırdada işsizəm və səhhətimlə bağlı heç yerdə iş tapa bilmirəm. Məni buraxmırlar ki, Kəbirə xanımla görüşüm, ona şikayətimi bildirim. Hal-hazırda da Əbülfət Kərimov həmin vəzifədə işləyir. Mən haqqım olanı istəyirəm, yarımcan qalmışam".