Axtarış...

Yeni vəzifəyə təyin olunsa da... - İTTİHAMLAR SƏNGİMİR...


Bir neçə gün əvvəl Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin olunduğu aydın oldu. "

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Və aydın oldu ki, əmrlə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bu vəzifəyə təyin edilib. Kərimov Elçin Vaqif oğlu isə sözügedən İdarəyə müdir vəzifəsinə gətirilib.

Dia.az bildirir ki, Anar Qədiməliyev artıq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsindən ayrılsa da, onunla bağlı ittihamlar səngimək bilmir.

Bu barədə narazılıq edənsə Goranboy rayonu sakini Aybəniz Əliyevadır. Anar Qədiməliyevə öz narazılığını bildirən şikayətçinin iddiasına görə, Qədəməliyev işlədiyi 4 il ərzində çox böyük qanunsuz və haqsız işlərlə məşğul olub.

Əliyevanın iddiasına görə, Anar Qədiməliyevin qəbuluna getdiyi zaman onu təhqir edərək, şikayətini dinləməyib.

Həmçinin vətəndaş müəllimlərin sertfikasiyadan yığdığı balların belə Qədəməliyev tərəfindın saxtalaşdırıldığını iddia edir. O, aidiyyatı qrumlara müraciət edərək bu məsəlıni araşdıraraq, qanuni tədbir görülməsini xahiş edir.(Dia.az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz