Axtarış...

Gəncə məktəblərində BUFET DAVASI... - RƏSMƏN BAZAR AÇIBLAR...

Gəncə məktəblərində BUFET DAVASI... - RƏSMƏN BAZAR AÇIBLAR...

Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevi göstərişi əsasında məktəblərdə fəaliyyət göstərən bufetlərin əksəriyyətinin fəaliyyəti dayandırılıb.

Bu haqda Dünyanınsəsi.Az saytına Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin tabeçiliyində faəliyyət göstərən 36 saylı tam orta məktəbinin bufetində çalışan Məsimova Vüsalə Bəhrəm qızı tərəfindən şikayət daxil olub.

Şikayətçi bildirir ki, onun fəaliyyət göstərdiyi məktəbin bufetinin fəaliyyəti 20 gündür ki, bağlanıb.

Səbəb olaraq göstərilir ki, 36 saylı tam orta məktəbinin direktoru ona bildirib ki, məktəbdə oxuyan hər şagirdə görə siz 35 qəpikdən regional təhsil idarəsinə pul ödəməlisiniz.

Məlumat üçün onu da qeyd edək ki,təkcə sözügedən məktəbdə 700 -dən çox şagird təhsil alır.Bu saya görə hər ay nə az nə çox bufet sahibi regional təhsil idarəsinə 245 azn pul ödəməlidir.

Bəs, ödənilməli olan bu pul vəsaiti dövlət büdcəsinə köçür, yoxsa hansısa iribuynuzlu məmurun şəxsi hesabıbına?

Şikayətçi xanım da direktora bildirib ki, 9,10, 11-ci sinifin şagirdlərinin tam əksəriyyəti repetitor yanına gedir.Nədən onlar məktəbə gəlmədiyi halda bu qədər şagird kontigentinə pul ödəməliyəm? Direktor isə bildirib ki, bu Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin göstərişidir.Xanım bufetçi isə tələb edilən “taksa” ilə razlaşmadığından direktor onun çalışdığı bufeti bağlatdırıb.
Şikayətçi Vüsalə Məsimova bildirir ki, məktəbdə əsasən bulka, un məmulatları kimi məhsulları ilə yanaşı dərs ləvazimatlarının satıldığı üstünlük təşkil edir.

Sonda şikayətçi mətbuat vasitəsi ilə Elm və Təhsil Naziri Emin Əmirullayev cənablarından Gəncə məktəblərində bufetlərin bağlanması məsələsinə aydınlıq gətirilməsini xahiş edir.

Redaksiya olaraq inaırıq ki, hər şagirdə görə 35 qəpik pul tələbinə görə bufetlərin bağlanması korrupsiya faktə olduğundan Prokurorluq bu faktı araşdırıb ictimaiətə açıqlama verəcəkdir.

Məlumat üçün onu da qeyd edək ki, Vüsalə Məsimova Qərbi Azərbaycandan olan qaçqındır.

Şikayətçi Ana Azərbaycan silahlı qüvvələri üçün 2 oğul övladı böyüdür.

Səsləndirilən ittihamla bağlı maraqlı tərəflərin mövqeyini dərc edə bilərik.

Pul yığımı ilə bağlı audio-şikayəti təqdim edirik:

Dünyanınsəsi.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz