Axtarış...

Naşı həkimin əlinə düşdü... HƏYATI DƏYİŞDİ... - BU NƏDİ BELƏ?..



"Şikayətim "Face Art" klinikasında çalışan, özünü ”stomotoloq” olaraq tanıdan Namiq Abbaszadə haqdadır..." "DİA-AZ" xəbər verir ki, bunu öz gileyində Kəmalə Həsənova adlı paytaxt sakini qeyd edib.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Başqalarının da mənim kimi maddi-mənəvi problem yaşamağını istəmədiyim üçün və bu insanın necə məsuliyyətsiz “həkim” olduğunu göstərmək üçün başıma gələn hadisəni paylaşıram.
Bu ilin aprel ayında dişimdə heç bir ağrı olmasa da uzunmüddətli xarici ölkəyə köçəcəyim üçün bütün problemləri həll edib getmək istəyirdim və bu adını çəkdiyim şəxsin yanına müraciət etdim. Müayinə etdikdən sonra guya 7 dişimin çəkilib implant olunmalı olduğunu dedi və təcili əməliyyat edib implant qoydu. İlk yanına getdiyim gündən iyulun sonu ölkədən gedəcəyim barədə məlumat versəm də mənim bütün proseslərimi yubatdı pulunu aldıqdan sonra. İmplantların 2-i tutmadı, heç bir işimi hazır etmədi və mənim zənglərimə ümumiyyətlə cavab vermirdi. Hər dəfə bu insanla əlaqə saxlamaq üçün klinikaya getməli olurdum. Ödənişimi isə qaytarmırdı, hər dəfə klinikaya gedəndə 1001 bəhanə gətirirdi və sanki borclu olan şəxs mən imişəm kimi davranmağa davam edirdi. Nəhayət atamla getməyə davam etdikdən sonra ödənişin bir hissəsini ala bildik, amma bu insana görə təhsilimə daha gec başladım, vizam olduğu halda 3 dəfə biletimi dəyişdim başqa həkim işimi hazır edənə qədər. Sağlamlıq, maddi, mənəvi — hər tərəfli mənə zərər vurdu. Həmin müddətdə yaşadığım əsəb, stres, yollarda itirdiyim vaxt, enerji və hər şeyin yubanması… Sadəcə çökmüşdüm mental olaraq
Əgər kimsə yanına getməyi düşünürsə, sağlamlığınıza və əsəblərinizə heyfiniz gəlsin. Bu yaşadığım problemlə bağlı harasa rəsmi şikayət edə bilərəmmi?"

DİA-AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz