Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 25 B ünvanında 6 mərtəbəli binada fəaliyyət göstərən “Premium Clinic” MMC 24 aprel 2013-ci ildə təsis olunub. Təsisçi 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universiteti bitirmiş həkim-travmatoloq Nağıyev Mübariz Şəmistan oğludur.Xatırladaq ki, biz dəfələrlə aktualxeber.az saytında “Premium Clinic”də baş verən qanunsuzluqlar, oradakı çatışmazlıqlar, həkim səhlənkarlığı ilə bağlı tənqidi məqalələr dərc etmişik.
İki il bundan əvvəl Astara sakini Nurlan Mahmudovun boğaz əti yerinə dilçəyini kəsən və həyatını təhlükəyə atan, litrlərlə qan itirməsinə, 12 min manat zərər düşməsinə səbəb olan “Premium Clinic”də ilk belə həkim səhlənkarlığı deyilmiş. Həmin ilin iyun ayında Bakı sakini Rzayev Yaşar Söydümalı oğlu həyat yoldaşı Mövsümova Aygün Mirədil qızı ayyarımlıq hamilə olduğunu öyrəndikdən sonra abort elətdirmək qərarına gəliblər. “Premium Clinic”in baş həkimi Vəliyev Nizami Əhməd oğlu onu əməliyyat edib. Ancaq qadında ağrılar başlayıb və ağrıkəsici iynələr də təsir etməyib. “Dobromed” klinikasında müayinədən sonra məlum olub ki, yenidən əməliyyat eləmək lazımdır: “Çünksi əvvəlki əməliyyat böyrəklə sidik kanalını birləşdirən damar səhv kəsilib, indi biz komputer aparatı vasitəsilə həmin səhv kəsilən damarla sidik kanalına gedən damarı birləşdirəcəyik”. “Saat 5-də Nizami həkim əməliyyat otağından çıxaraq dedi ki, bəs birinci əməliyyatda mənim səhvim olub üzrlü hesab eləyin, amma ki, narahat olmayın, Elxan həkim bu işin mütəxəssisidir, əməliyyat eləmişik, hər şey yoluna qoyulub. Kəsilən damarı da bərpa eləmişik”,- deyə şikayətçi bildirib. Onun sözlərinə görə, yoldaşını götürüb qayıdıb rayona: “Qayıdandan sonra yenə ağrılar başladı, 20 gün ərzində iynə, dərman, ağrıkəsicilər vuraraq xəstəni birtəhər sakitləşdirdik. Sonra xəstənin temperaturu qalxdı 40-41 dərəcəyə. Təcili götürüb gəldik yenə “Premium” xəstəxanasına. Nizami həkim yox idi orada, zəng elədik ki, bəs biz gəlmişik bura, xəstənin temperaturu qalxıb 40-41 dərəcəyə. Nizami həkim dedi ki, mən Gədəbəydə istirahətdəyəm, siz gedin “Dobromed” klinikasına Elxan həkimin yanına”. Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına, orada uroloq İlqar həkim var, onun yanına getdik.Analizlərin, yoxlamaların nəticəsi olaraq bizə bildirdilər ki, edilən bütün əməliyyatlar mənasız yerə edilib, cavan qadının orqanlarını pis günə qoyublar. Göründüyü kimi, baş həkimin də, sıravi həkimin də əlində iki xəstə şikəst edilib və böyük xərclərdən, əzab-əziyyətdən sonra onların həyatı təhlükəsi sovuşub. Dəfələrlə vətəndaşlara yanlış diaqnozlar qoyulub.Sonradan həmin insanlar əlavə xərc çəkib xarici ölkələrdə müayinə olunmağa yollanıblar.Klinikanın fəaliyyətindəki mənfi hallarla bağlı Səhiyyə Nazirliyinə saysız-hesabsız şikayətlər olunub. Təxminən iki ay bundan əvvəl baş həkimin səhv əməliyyatı üzündən qadın klinikada rəhmətə gedib. Baş həkimin həmyerlisi olan həmin qadına minnətçi salaraq bu hadisəni ört-basdır etməyə nail olublar. Redaksiyamızda həmin hadisə və təfərrüatlar barədə dəqiq məlumatlar var. Növbəti yazımızda onları sizə açıqlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
aktualxeber.az