Neçə müddətdir ki, Azərbaycan Dövlət Aqrar Universitetində müşahidə olunan neqativ faktlarla bağlı sözügedən təhsil ocağında çalışanların müraciətini hissə-hissə təqdim etməkdəyik. "DİA-AZ" xəbər verir ki, bu dəfəki müraciət mətnində artıq narazı müəllim heyəti keçmiş rektor İbrahim Cəfərovun qaytarılması xahişi ilə ölkə rəhbərliyinə müraciət edirlər.
Mətnin bir hissəsini təqdim edirik: "Zəfər Qurbanov rektor təyin olunduğu gündən bu günə qədər univeristetdə heç bir tikinti-quruculuq işi aparmayıb. Univeristetdə gözə görünən nə qədər görülmüş gözəl işlər varsa, hamısı sabiq rektor İbrahim Cəfərovdan qalıb.
Zəfər Qurbanov isə reklam xatirinə anlamsız görüşlər, xarici univeristetlərdən dəvət olunmalar, boş-boş mənasız konfranslar keçirmək ilə məşğuldur ki, bütün bunlarda əslində PULSİLMƏ əməliuyyatından başqa bir şey deyil. Hər halda, bütün bu tədbirlərə büdcədən vəsait ayrılır. Hansı vəsait ki müəllim heyətinin sosial həyatının yaxşılaşdırılmasına xidmət etməli idi...
.Oktyabrın 4-ündə tələbə və müəllimləri mühəndislik korpusunun qarşısına toplayıb, boş və quru vədlərlə “təbrik edən” Zəfər Qurbanov anlamır ki, kollektiv bundan daha da çox hiddətlənir ki maaşlarımızı vermək əvəzinə boş-boş danışır. Ona görə də bütün kollektiv arzu edir ki, çox yaxşı olardı qurucu və kollektivin qayğısına qalan akademik İbrahim Cəfərovu univeristetə yenidən rektor təyin etsinlər.
Zəfər Qurbanov ADAU və tələbə həmkarlar təşkilatının hesabına müəllimlərin əmək haqqısından və tələbələrin təqaüdlərindən tutulan pulların 80 faizini banklarda dövriyyəyə buraxaraq gəlir əldə edir.
Görəsən, Respublika Həmkarlar Təşkilatının yeni təyin olunmuş sədri S.Məmmədov bu məsələlərlə bağlı tədbir görəcəkmi?"(DİA-AZ)
DAVAMI MÜTLƏQ OLACAQ....