Axtarış...

Zəfər Qurbanov kadrları BELƏ MÜƏYYƏN EDİR... - İLGİNC İDDİALAR...


"Bu gün ADAU-da baş verən özbaşınalıqları sizə bildirməyi özümüzə borc bildik". Dia-az.İnfo bildirir ki, bu barədə ölkə rəhbərliyinə Azərbaycan Dövlət Aqrar Universiteti çalışanları adından edilən müraciətdə deyilir.

Qeyd edək ki, olduqca ağır ittihamlar səsləndirən müraciət müəllifləri iddialarının hüquq-mühafizə və aidiyyatı maliyyə qurumları tərəfindən araşdırılmasını da xahiş edirlər. Onların müraciətlərində deyilir...

Məqalənin əvvəli BURADA: My Webpage

MƏQALƏNİN DAVAMI: "Zəfər Qurbanov indi isə Baytarlıq Təbabəti fakültəsinə saxta yol ilə kollektivi məcbur edib “dekan seçdirdiyi” Şəlalə Zeynalovanı aşkar şəkildə himayə edi, ona görə də Ş.Zeynalova heç bir yerdə müəllim işləmədiyi halda, bütün dekan seçkisi haqqında olan təlimatları heçə sayaraq dekan təyin olundu. Eyni gündə 4 kafedra onun namizədliyini irəli sürdü.
Ş.Zeynalova öz dəbdəli avtomobili ilə özünü rektor kimi aparır. Fakültədə rektorun çirkli əmələrini pərdələməklə məşğuldur.
Rektor bir neçə gün öncə beynəlxalq əlaqələr şöbəsinə Mahir Məmmədzadəni müdir təyin edib. Şərt onun ingilis dili bilməsində deyil, ondan əvvəl Küşvər xanım bu sahədə ən peşakar çalışan şəxs idi, onu rektora xeyir etmədiyinə görə vəzifəsindən azad edərək onun yerinə Ürfan Tağıyevi təyin etdi. Bir il işləməmiş onu da azad edib yerinə öz köməkçisini Mahir Məmmədzadəni təyin etmişdir. Mahir Məmmədzadənin beynəlxalq əlaqələr şöbəsindən aparılan işlərdən heç bir təcrübəsi yoxdur. Mahir Məmmədzadənin yanına isə bu il univeristetin Baytarlıq fakültəsini zorla bitirən, aralıqda boş-boş gəzən Məmmədov Nizamini həmin şöbəyə baş mütəxəsis təyin etmişdir. Univeristetin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elcan Məmmədova verdiyi aylıq 1500 manat maaşdan əlavə hətta Ege univeristetinin hesabına əlavə 800 ABŞ dolları məvacib verilir. Çünki o ictimaiyyətdən gələn Z.Qurbanov haqqında mənfi rəyləri "neytrallaşdırır", onun çirkin əməllərinə bilərəkdən göz yumur.
Adları çəkilən bütün şəxslər Zəfər Qurbanova hər yerdə saxta təriflər deyən, onun çirkin əməllərinə don geyindirənlərdəndir..."

DAVAMI MÜTLƏQ VAR...
Text-to-Speech

DİNLƏ






Şərh yaz