Nail Abdullayevin şəxsi hesabına pul yığılır? Azəriqaz İB qarşısında aksiya – Video
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Ötən gün bir qrup abonent yağışlı hava şəraiti olmasına baxmayaraq “Azəriqaz” İstehsalat Birliyi binasına gələrək sökülən sayğaclarını tələb edib, rəhbərlikdən bu əmələ görə cavab verməsini istəyib. AzTimes.az xəbər verir ki, qurum rəhbərliyinin dəyişməsi ilə sayğacların kütləvi söküntüsünə start verilib. Bu isə bir çox ərazilərdə podratçı şirkətlərlə sakinlər arasında narazılıqların yaranmasına səbəb olub. Yeni rəhbərlik Ruslan Əliyev dövründə verilən Texniki Şərtlərin əksərini etibarsız elan edib. Uzun müddətdir verilən sayğacları kodlaşdırmaqdan imtina edib. Bunu sənədlərə vurulan möhürün saxta olmasi ilə izah edib. Podratçı şirkətlər isə öz növbəsində bununla razılaşmır. Onlar deyir ki, bu bizim yox, “Azəriqaz” İB-nin problemidir. Şirkət rəhbərləri və əməkdaşları iddia edir ki, yeni rəhbərlik bazadan sənədləri məqsədli şəkildə siliblər Podratçı şirkətlərə ödəniş edilmiş sayğac görə Asan xidmətdə yenidən ödəniş etmək tələb olunur. Bundan əlavə olaraq 40 AZN ödəniş tələb olunur. Vətəndaşlar 40 manat məbləgin ödənilməsi üçün onlara Azəriqaz əməkdaşları tərəfindən şəxsi hesab vərəqələri paylaşdığını bildirir. Azəriqaz rəsmisi Eldəniz Vəliyev isə bıldırirki, rəhbərlik bu vərəqələrdən məlumatsızdır. Mövzuya yenidən qayıdacağıq.