Axtarış...

Naxçıvan sakinləri CƏLİLOVUN ƏSARƏTİNDƏ - NARAZILIQ VAR...

Naxçıvan sakinləri CƏLİLOVUN ƏSARƏTİNDƏ - NARAZILIQ VAR...


"Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur..." Dia-az.İnfo xəbər verir ki, bunu öz etirazında Naxçıvan Muxtar Respublikası sakinləri ifadə ediblər.

Narazı vətəndaşların müraciətlərindən belə aydın olur ki, MR-də vəziyyət heç də dəyişməyib. Halbuki aradan xeyli müddət keçib. Sakinlər yazır:

"Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov bu gün rəsmən MR-da keçmiş dönəmin əsas "qoruyucu mələyi" kimi çıxış edir, özünü Vasif Talıbov dövrünün məmurları kimi aparır. Əslində, geniş planda vəziyyət elə həqiqətən də Ceyhun Cəlilovun yaratdığı təəssürat kimidir. Yəni Vasif Talıbov getsə də, yaxşılığa doğru dəyişən nəsə yoxdur. Əskinə, vəziyyət günü gündən pisləşir".

Qeyd edək ki, Fəxrəddin Baxşəliyev adlı vətəndaş isə öz gileyini bu şəkildə ifadə edib:

"Sürücülük vəsiqəsini dəyişmək üçün sağlamlıq kağızının qiyməti 30 manatdan 34 manata qaldırılıb. Deyirsən, dünən 30 manat idi. Deyirlər, nazilər kabineti axşam qərar verib olub 34 manat.

Lap Ceyhun Cəlilovun bostanı olub Naxçıvan..."
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz