Axtarış...

Vasif Talıbov İSTEFA VERDİ

Vasif Talıbov İSTEFA VERDİ


Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin qapalı iclası keçirilib.

İclasda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.

Naxçıvan MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Yadulla oğlu Zeynalovdur. O, 2020-ci ildən bu vəzifədə çalışır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz