Axtarış...

Təməlinə haram qatılmış DEPUTATLIQ -Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kompaniyası


Sentyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçirildi. Etiraf edək ki istər siyasi aktivlik,istərsə də seçici fəallığı baxımından əvvəlki seçkilərdən zəif təsir bağışlayan bu marafonda bu adı haqq edən,yaxud etməyən 125 şəxs deputat oldu. Onların böyük əksəriyyəti demək olar ki, seçki kompaniyası keçirmədi,ya da buna bənzər sönük bir tədbirlə baş qatdılar. Nə deyək, cənab deputatların yəqin bir bildikləri vardır. Amma təbliğat-təşviqat kompaniyasında aid oldu-olmadı onların əvəzinə canfəşanlıq edənlər tapıldı.
Əlqərəz,keçək söhbətin mustafasına. Deputat adı qazananlardan biri də adı Azərbaycan təhsil sistemində hələ uzun illər xatırlanacaq Mehriban Vəliyevadır. Onun təhsil sahəsində hansı "uğurlara" imza atdığını görmək üçün medya üzərindən qısa bir araşdırma aparmaq kifayətdir. Nə isə,bunu da buraxaq əlahəzrət zamanın ixtiyarına. Amma deputat olmazdan öncə təjsil sektorunda onun adına hələ ki sonuncu qanunsuzluğa imza atıldı. Belə ki, Təhsil nazirinin müşaviri Elnur Nəsibov seçki məcəlləsinin, əmək məcəlləsinin tələblərini pozaraq,vəzifə səlahiyyətlərini aşaraq M. Vəliyevanın seçki təbliğatını aparıb.

Özünün rəsmi Facebook hesabında Sumqayıtda olan bütün dostlarını və "həmkarlarını" Mehriban xanıma səs verməyə çağıran E.Nəsibov ya özünü dövlət qulluqçusu hesab eləmir,ya dövləti ozünün qulluqçusu sanır,ya da qanunları adicə kağız parçası bilir.
Vəzifəli şəxsin açıq-aşkar tabeliyində olan şəxsləri,yəni "həmkarlarını" kiməsə səs verməyə çağırması təkcə qanun pozuntusu deyil,həm də dövlətin imicinə zərbə vuran əməldir.

74.4. Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması aşağıdakılara qadağan edilir:

74.4.1. bu Məcəllənin 90.2-ci maddəsində göstərilən subyektlərə (bu Məcəllənin 12.2-ci və 12.3-cü maddələri nəzərə alınmaqla);

74.4.2. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara;

Qanunverici orqanda əyləşən xanım hələ "bismillah" eləməmiş bu qanun pozuntusuna göz yumursa sonrasından Allah saxlasın. Ən utancvericisi də budur ki o boyda müşavirin hay harayından sonra dairələr üzrə ən az səs toplayaraq Mehriban Vəliyeva deputat ola bilib
Mehribanlıq səadətdir,əziz seçicilər,bilirsiniz də...

Nicat Mahmudov - Rubrika.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz