Axtarış...

Aydın Əliyevin gəlini HAQQINI TƏLƏB EDİR - “Ədliyyə Nazirliyi Yasamal İcra Şöbəsinin qanunsuzluğuna göz yummamalıdır”


“Mən Ədliyyə Nazirliyinin şikyətimlə bağlı verdiyi açıqlamanı oxudum. Bu açıqlama yarımçıqdır və məsələnin mahiyyətini ifadə etmir. Söhbət ondan gedirdi ki, mənim keçmiş həyat yoldaşımın mənə qarşı aliment tələbi ilə bağlı birinci instansiya məhkəməsinin qərarından verdiyim apellyasiya şikayətinə baxılmadan İcra Şöbəsi məni sıxışdırır və cərimə edir. Söhbət bundan gedir”.

Bunu Gununsesi.info-ya açıqlamasında Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Aydın Əliyevin gəlini olmuş Rada Musayava deyib.

Qeyd edək ki, Rada Musayava Gununsesi.info saytında dərc edilən şikayətində keçmiş həyat yoldaşı Orxan Qəliyevin atasının ölkədəki nüfuzundan istifadə edərək onun başına oyunlar açdığını deyib.

Xatırladaq ki, Rada Musayeva öz şikayətində Yasamal İcra Şöbəsinin qanunsuz hərəkətlərindən də bəhs edib.

“Atasının nüfuzu, əlaqələri vasitəsi ilə Yasamal Rayon İcra şöbəsi apellyasiya şikayəti verməyimə belə möhlət qoymadı. Halbuki, apellyasiyanın qərarından sonra hökm qanuni qüvvəyə minir. Necə ola bilər ki, Yasamal Məhkəməsi qərar verir, ardınca Rasim adlı icraçı mənə hədə formasında zəng edərək, 7200 manat gətirməyimi tələb edir. Üstəlik, mənə 500 manat da cərimə yazılıb. Mən hara gedirəmsə, Aydın Əliyevin adı çəkilir. Uşağımı əlimdən alıblar, evimə buraxmırlar, üstəlik də aliment tələb edirlər. Mən Ədliyyə Nazirindən xahiş edirəm ki, Yasamal İcra Şöbəsinin bu qanunsuz hərəkətlərini araşdırsın” deyə Musayeva bildirib.

Ədliyyə Nazirliyi isə öz açıqlamasında bu məsələnin üstündən keçərək, yalnız Rada Musayevanın aliment ödəməsi barədə məhkəmə qərarına istinad edib. Ancaq nazirlik məsələnin apellyasiya səviyyəsində baxılmasına baxmayaraq, nə üçün Rada Musayevannın İcra Şöbəsi tərəfindən sıxışdırılmasına aydınlıq gətirməyib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
I'm impressed, I have to admit. Rarely do I come across a blog that's both
equally educative and interesting, and without a doubt, you have hit the nail on the head.
The problem is something not enough men and women are speaking
intelligently about. Now i'm very happy I found this during my hunt for something regarding this.


my blog post - น้ำปลาร้าปรุงสุก