Axtarış...

"Balaca uşaqlar palçıq içində məktəbə getməli olurlar..." - AAYDA rəhbərliyinin NƏZƏRİNƏ...


Bakının Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yol orta əsr dövrlərini xatırladır.

Tribunainfo.az-ın verdiyi xəbərə görə, deputatlığa namizəd Aslan Həmidli bildirir ki, burada daha çox həyət evləridir. Onun sözlərinə görə,sakinlər yolsuzluqdan şikayət edir. Dəfələrlə qurumlara məlumat verilib, lakin tədbir görən yoxdur. Sakinlər dua edir ki, bu ərazilərə yağış yağmasın. Çünki yağış yağdıqda hərəkət tamamilə məhdudlaşır.

Bu yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətindədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə nəzərə almır ki, qış gələn zaman balaca uşaqlar palçıq içində məktəbə getməli olurlar. Qış gəlməmiş bu məsələ ilə bağlı tədbir görmək lazımdır.
2019-2020 planına əsasən Savalanın yolları abadlaşmalı idi. Amma nəticəsi yoxdur.(Tribunainfo)

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz