Axtarış...

Seçicilər deyirlər ki, Hicran Hüseynovanı onlar seçməyib -Bu cür namizədlərə görə xalq seçkiyə inanmır


Mən təbliğat-təşviqat mərhələsi başlayandan məhəllələri, küçələri, binaları gəzirəm. Əhali ilə görüşür, söhbətləşirəm. Görüşlərimin nəticəsi olaraq onu deyə bilərəm ki, xalqda seçkiyə inam tamamilə ölüb. Xalq görüşlərə gəlmir. Səbəb də əhalinin kimə səs verməsindən asılı olmayaraq qutudan özlərinin seçdiyi deyil, əvvəlcədən məlum olan adamın adının çıxacağıdır. Əhali bildirir ki, seçkiyə getməyin onsuz da mənası yoxdur. Görüşdüyüm adamlar açıq şəkildə bildirirkər ki, bizim seçdiyimiz adam qutudan çıxmır. Qutudan ancaq YAP namizədləri çıxır. əhali, seçicilər indiyə kimi deputatları olmuş Hicran Hüseynovanın üzünü bir dəfə də görməyiblər. Ancaq bilirlər ki, yenə də qutudan onun adı çıxacaq.

Bu sözləri saylı Birinci Seçki Dairəsindən namizəd Yasəmən Qaraqoyunlu deyib. O qeyd edib ki, Hicran Hüseynova kimi namizədlərə görə əhali seçkiyə inanmır:

“Mən təkcə görüşlər keçirmirəm. Dostlarımla birgə məhəllələri, binaları gəzirik hər axşam. Binaların qarşısında, parklarda, küçələrdəki insanlarla söhbət edirəm. Hamı seçkiyə getməyi, səs verməyi mənasız hesab edir. Hər kəs bildirir ki, əvvəlki deputat Hicra Hüseynova bir dəfə də olsun onlarla görüşməyib. Bir deputat kimi bizim problemimizdən xəbəri yoxudur, bizim nə istədiyimizi bilmir. Seçicilər deyirlər ki, Hicran Hüseynovanı onlar seçməyib, ona heç səs də verməyiblər, ümumiyyətlə heç bir dəfə də olsa üzünü görməyiblər. Mən qazilərlə də görüşürəm. Onlar da eyni fikri bildirir.

Bu cür namizədlərə görə xalq seçkiyə inanmır. Buna görə də seçkiyə gəlmir, səsini vermir. Çox pis vəziyyətə gəlib çıxmışıq. Seçki ruhu, seçki emosiyası, seçki aktivliyi yoxdur. Xalq çox narazıdır. İndi əhalinin vəziyyəti çox ağırdır.

Mən Sumqayıtın içindəki məhəllələri gəzdikcə çox böyük səfalət gördüm.İnsanların, şəhid atalarının, analarının vəziyyəti, binaların, həyət evlərinin düşdüyü durum, antisanitar vəziyyət, söküntü, dağıntı işləri insanı dəhşətə gətirir. Bakı ilə Sumqayıt arasında 100 il zaman məsafəsi var. Sanki Bakı inkişaf edir, Sumqayıt geridə qalıb. Mərkəzi küçələrə baxırlar. Xalqın yaşadığı küçələrə baxılmır. Belə aydın olur ki, Sumqayıtın icra başçısı, sumqayıt deputatları bu günə qədər heç nə etməyiblər”.

Y.Mahmudova bildirib ki, seçicilər onun deputat olmağını istəyir:

“Sakinlər etiraf edirlər ki, mənim deputat olmağımı istəyirlər. Ancaq özləri də deyir ki, səni istəsək də, gəlib səs versək də, qutudan sən çıxmayacaqsan. Onlar özləri də başa düşüb ki, əlahinin istəyi, səsi heç bir rol oynamır. Yuxarıdan dairələrə tapşırıq gəlir. Dairə də məntəqələrə tapşırıq verir. Yuxarıdan əmr gəlir ki, bu adam seçiləcək deputat. Elə də olur. O adam nəyin bahasına olursa olsun məntəqə və dairələr qutudan onu çıxarmalıdır.

Mənim rəqibim Hicran Hüseynova 5 il müddətinə deputat olduğu vaxt heç bir dəfə də seçicilərlə görüşməyib. Görüşdüyüm adamlar, qazilər, şəhid anaları, ataları deyir ki, heç bir dəfə də olsun H.Hüseynovanın üzünü görməyiblər. Hicran Hüseynova bu dairədən deputat olsa belə, o, bu seçicilərin dərdini, problemini bilmir. Bu günə qədər onun parlamentdə bu dairənin bir problemini dilə gətirdiyini, müzakirəyə çıxardığını görməmişik. Bu xanım bəs orada nə işlə məşğuldur? O, bizim adımızdan orada ağzına su alıb oturan deputatlardan biridir. Əgər onu heç kəs sevmirsə, ona səs vermirsə niyə o yenidən gedib parlanmentdə oturmalıdır? Nə edib, nə yenilik gətirib, hansı uğurlara imza atıb, hansı problemimizi həll edib, bir deputat kimi nəyə təkan verə bildi Hicran Hüseynova?.

Ona görə də seçicilərə səslənirəm ki, Hicran Hüseynovaya deyil, mənə səs verin. O edə bilməyib, mən edəcəyəm, mən dəyişəcəyəm, dəyişməyə cəhd edəcəyəm”.(Yenixeber.org)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz