Salyan sakini özünü yandırıb.
Salyan rayonunun Kürsəngi kənd sakini, 1988-ci il təvəllüdlü Zaur Aydınov Oktay oğlu üzərinə benzin tökərək özünü yandırıb.
Ağır yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilən xəstə daha sonra paytaxta yanıq mərkəzinə göndərilib.
Məlumata görə, hadisəyə səbəb onun işdən çıxarılması olub.
Zaur Aydınov özünü işlədiyi "Salyan oyl" şirkətinin qarşısında yandırıb.
Faktla bağlı araşdırma aparılır
Qeyd edək ki, “Salyan Oil” şirkətinə 61 saylı Qusar seçki dairəsində deputatlığa namizəd Azad Kəlbiyev rəhbərlik edir.(AzFakt)