Gömrük rəisi Elmir Ramazanov dövlət maraqları üçün deyil, şəxsi intiqam naminə Sahibkarı təqib edir VİDEOMÜRACİƏT
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
"Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır.
Yenixeber.org: Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir - ən yüksək vəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dəfələrlə vəzifəli şəxslərin dövlət maraqlarına zidd əməllərinə görə cəzalanması prossesləri xalqın gözü qarşısında sərt cəzaların tətbiq edilməsi ilə yaddaşlarda qaldı. Lakin görünür Prezidentin qətiyyətli sözləri kimlərəsə təsir etsə də gömrük orqanında vəzifə sahiblərinə kifayət etməyib. Azərbaycanın gündəmini zəbt edən səs küyə səbəb olan iş adamına qarşı qərəzli yanaşma onun müflis edilməsinə yönəlik addımlar ölkə mətbuatının gündəmindədir. Qeyd edək ki, Bakı Baş Gömrük idarəsinə qısa zaman əvvəl rəis təyin edilən Elmir Ramazanov məhs ölkə rəhbərinin tövsiyələrindən nəticə çıxarmayanlar siyahısına adını salmağı bacarıb. Bildirməliyik ki, Elmir Ramazanovun bundan əvvəl müavinlik vəzifəsini icra edərkən “LİON CENTRE”MMC-nin rəhbəri Ramil Aslanovun onun əməlindən şikayətçi olması ghər bir media qurumunun yadaşındadır. Bu gün isə baş verənlər keçmişdən saxlanılan qisas duyğusunun baş qaldırmasının təzahürüdür. Bakı Baş Gömrük İdarəsində müavin vəzifəsindən rəisliyə təyin edilən Elmir Ramazanovun verdiyi qərarlar atdığı addımlar iş adamı R.Aslanovun qara günlərinin başladığının göstəricisi idi. Gedən prosesləri izlədikdə Elmir Ramazanovun sahibkardan qisas aldığını açıq görmək olur. Məhs sahibkarın aylardır müraciət etməsi, dövlət qurumlarının edilən müraciətə əsaslanaraq Elmir Ramazanova dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq şəxsin vəzifəsindən sui-istifadı halarına yol verməsi müşahidə edilir. Artıq vəziyyət o yerə gəlib çatıb ki sahibkar gömrükdən gətirdiyi malların götürmək üçün günlərlə mediada müraciətlər edir daha sonra malları buraxılır... Amma necə! Necəsidə budur ki, yüklü məbləğdə sahibkar zərərə düşdükdən sonra yuxarı dairələrin basqısı Qanun şah olduğunu Elmir Ramazanova sözün əsil mənasında zorla başa salırlar. Malların Gömrükdən çıxarıb amma malına toxuna bilməyən sahibkar, kənardanda Elmir Ramazanovun qanunsuz müdaxilə etməsi səbəbindən yenidən PREZİDENTƏ və aidiyyatı qurumlara müraciət edib.
Müraciətdə deyilir:
Hörmətli Cənab Prezident, Bundan öncə 3 məktubumda qeyd etdiuyim kimi “LİON CENTRE”MMC-nin adına Çin Xalq Respublikasından 31.07.2024-cü il tarixli 01241000304074 saylı, 29.07.2024-cü il tarixli 01241000300384 saylı və 18.05.2024-cü il tarixli 01241000193408 saylı gömrük bəyannaməsi üzrə Bakı Baş Gömrük İdarəsinə mallarım daxil olmuşdur. Həmin malların gömrük rəsmiləşdiriləmsəi ilə bağlı yaranmış problemlər haqqında Sizə ətraflı məlumat vermişdim. Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun və onun gömrük orqanlarında işləyən əlaltılarının xüsusi canfəşanlığı və səyləri nəticəsində gömrük qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması və qanunvericiliyin tələblərinin yerinə yetirilməməsi nəticəsində şirkətimizə Xaricdən göndərilən mallar uzun bir müddət təxminən 17 gün ərzində İpək Yolu Terminalında sözün əsl mənasında girov saxlanıldı və bununla da mənə böyük məbləğdə maddi ziyan vuruldu, xarici sahibkarlar qarşısında mənim işgüzar nüfuzuma xələl gətirildi. Mənim nüfuzuma vurulan və mənə dəyən maddi ziyana görə zərrə qədər üzülmürəm, sadəcə xarici iş adamlarının yanında Dövlətimizin beynəlxalq imicinə dəymiş zərərə görə çox böyük xəcalət çəkir və təəsssüflənirəm. Axı niyə hansısa bir məmura və ya “məmurcuğa” görə ölkəmizin adına söz gəlməlidir? Əimdən buna sadəcə təəssüflənmək gəlir, imkanım olsaydı bu cür məmurları bir dəqiqə belə həmin vəzifələrdə saxlamazdım və onları yaxşıca cəzalandırardım ki, digər bu tip şəxslərə dərs olsun. Beləliklə 14.08.2024-cü il tarixində 01241000304074 və 01241000300384 saylı bəyannamə üzrə mallarım İpək Yolu Terminalından buraxıldı. Buna baxmayaraq yenə də qeyri müəyyən səbəbdən gömrük rəsmiləşdirilməsi yerinə yetirilmədi və bu işin həyata keçirilməsinə bilərəkdən maneəçilik törədilir. Nəzərinizə çatdırıram ki, İpək Yolu Terminalında şirkətimizə göndərilən mallar 16 saat ərzində yoxlanıldı və məlum oldu ki, bütün mallar sənədlərlə uyğunluq təşkil edir və bəyannamədə göstərilməyən heç bir mal mövcud deyildir. Bununlada BBGİ-nin rəisi Elmir Ramazanovun mənə qarşı irəli sürdüyü qanunsuz tələblərin ifşa olunması sübuta yetirildi. Əgər həmin mallarla əlaqədar nəsə bir qanuni problem var idisə onları niyə buraxdılar? Əgər heç bir problem yox idisə həmin malları hansı səbəbdən girov saxlayaraq mənə böyük məbləğdə zərər vurdular? Hörmətli cənab Prezident Sizə ünvanladığım bütüb məktublarımda qeyd etdiyim kimi mən Sizin sadiq xidmətçinizəm, daima Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyir və Sizin irəli sürdüyünüz bütün fikirlərinizin həyata keçməsi üçün var gücümlə çalışmışam. Məhz ölkədə olan korrupsiya, rüşvətxorluq, məmur özbaşnalığı, vəzifədən sui-istifadə hallarına qarşı mübarizə ilə bağlı irəli sürdüyünüz tezislərin reallaşması üçün mübarizə aparmışam və bundan sonra da həmin mübarizəmi Sizə arxalanaraq aparmaqda davam edəcəyəm. Hörmətli Cənab Prezident Bir daha nəzərinizə çatdırıram ki, 01241000193408 saylı bəyannamə ilə əlaqədar yaranmış problemlə bağlı tərəfimdən 08.08.2024-cü il tarixində 01241000193408 bəyannamə üzrə yaranan 200 (iki yüz) manat gömrük yığımı, 22617,65 (iyirmi iki min altı yüz on yeddi manat altmış beş qəpik) idxal rüsumu 31777.02 (otuz bir min yeddi yüz yetmiş yeddi manat iki qəpik) ƏDV ödənişlərini etmişəm . Belə ki, 07.08.2024-cü il tarixində Dövlət Gömrük Komitəsində görüş keçirildi və qərara alındı ki, ödənişləri et və malını götür. Lakin, Elmir Ramazanov tərəfindən mənə verilən vədlər yerinə yetirilmədi. Gözdən pərdə asmaq üçün məsələnin guya həll edilməsi barədə sənədlər tərtib olundu və imzalandı. Buna baxmayaraq mənə verilən heç bir sözə əməl edilmədi, sözün əsl mənasında məni aldadaraq açıq-aşkar oyun oynadılar. 09.08.2024-cü il tarixdə L-23/24 saylı məktubla Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanova müraciət edərək bildirdim ki, mənim Bakı Baş Gömrük İdarəsinə 08.09.2024-cü il tarixli L-22/24 saylı ərizəmlə müraciətim etibarsız hesab edilsin, ödədiyim 200 (iki yüz) manat gömrük yığımı, 22617,65 (iyirmi iki min altı yüz on yeddi manat altmış beş qəpik) idxal rüsumu 31777.02 (otuz bir min yeddi yüz yetmiş yeddi manat iki qəpik) ƏDV vəsaitlər yeni idxal etdiyim mallarımın rüsumunnun ödənilməsi üçün müvafiq gömrükdəki hesabıma qaytarılması təmin olunsun. Eyni zamanda bildirdim ki, məhkəmə predmenti olan 01241000193408 saylı bəyannamə üzrə və Dövlət Gömrük Komitəsi tərəfindən 17.07.2024-cü il tarixli 3-33/2-009916/2024 saylı etiraz məkub üzrə “elektrik dəyişdirici açarlar və cərəyan birləşdirici yuvalar” məsələsini, Dövət tərəfindən mənə verilən hüquqlarımdan istifadə edərək Məhkəmə və digər Dövlət qurumlarına müraciət edəcəyəm. Bütün bunlara baxmayaraq bu günədək ödədiyim pul vəsaiti “LİON CENTRE”MMC-nin depozit hesabına qaytarılmamış dır. Necə deyərlər mallarımı uzun müddət girov saxladıqları kimi indi də şirkətimizin pul vəsaitini girov saxlayırlar. Hesab edirəm ki, burada məqsəd sadəcə bizim fəaliyyətimizə zərər vurmaq və normal işimizi pozmaqdan ibarətdir. Hörmətli Cənab Prezident, Yuxarıda yazılanları nəzərə alaraq 01241000193408 saylı bəyannamə üzrə ödədiyim 200 (iki yüz) manat gömrük yığımı, 22617,65 (iyirmi iki min altı yüz on yeddi manat altmış beş qəpik) idxal rüsumu 31777.02 (otuz bir min yeddi yüz yetmiş yeddi manat iki qəpik) ƏDV pulun depozit hesabına geri qaytarılması və mənim şirkətimə qarşı yönəlmiş qeyri qanuni hərəkətlərin yerinə yetirilməsi ilə bağlı və qanunun tələblərini pozan Dövlət məmurlarına qarşı ölçü götürülməsi ilə bağlı müvafiq dövlət qurumlaının rəhbərlərinə tapşırıq verməyinizi və qeyd edilən məsələni xüsusi nəzarətdə saxlaması barədə göstəriş verməyinizi Sizdən xahiş edir və əvvəlcədən Sizə öz dərin təşəkkürümü bildirirəm. İnanıram ki, Sizin rəhbərliyinizlə ölkəmizin iqtisadiyyatı daima inkişaf edəcək və əhalinin sosial rifah halı daima yüksək olacaqdır.(BakuNews)
Hörmətlə, “Lion Centre” MMC-nin direktoru Ramil Aslanov