"Bu da İST yanacag doldurma məntəqəsinin biabırçılığı... saxtakarlığı!!!" dia-az.İnfo xəbər verir ki, bunu öz etirazında Bakı sakini Şəmsi Həsənov bildirib.
O, iddiasının fotosunu da təqdim edib:
Narazı vətəndaş daha sonra yazır:
"Maşınımın benzin çənində 4,5 litrə yaxın benzin ola-ola, ümumi olaraq 70 litr həcmi olan çənə 73 litr benzin vururlar və hələ də çən dolmur...
Möcüzə yaradırlar bunlar, deyəsən...
70 litrlik çənə 73+ həcmdə benzin vururlar ..
Deyəndə də deyirlər ki, bildirərik müdriyyətə...
Bu qədər də millətin cibinə, haqqına girməyin də...
Sürüfcülərə məsləhətim: DİQQƏTLİ OLUN!"