Axtarış...

Qüdrət Həsənquliyevin seçkiqabağı şantajı öz bəhrəsini verdi –Bu dəfə 2 deputat mandatı alacaq?


Partiya sədrinin sensasion açıqlamaları Milli Məclisdə yenidən mandat əldə etmək şansını qarantiya altına almaq kimi də dəyərləndirmək olar

Milli Məclisə budəfəki növbədənkənar parlament seçkiləri qeyri-müəyyənliklərlə dolu olduğu üçün partiyaların bəziləri seçilmək, qeydiyyatdan keçmək məsələsində də özlərinə və ya MSK-ya tam inamsızlıq sərgilədilər. Bu tərəddüd vəziyyətində bəziləri hətta şantaja da əl atdılar.

Bu baxımdan hədə-qorxu ya da qabaqdan gəlmişlik metoduna baş vuran Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyevin hələ namizədlərin irəli sürülməsi zamanı, daha doğrusu, seçki təyin olunmamışdan əvvəlki mövqeyi maraq oldu.

Belə ki, ƏHD Partiyası liderinin iyunun 26-da öz saytlarına verdiyi açıqlamalarda qəribə tərzdə, hətta sensasion və “həyəcan təbili” formasında narahatlıq ifadə etmişdi: “Yüksək çinli və təkəbbürlü məmurlar seçkilərin gedişinə və nəticələrinə təsir göstərməyə çalışacaqlar ki, biz Milli Məclisə düşməyək. Çünki həm xaricdə, həm daxildə bizim fəaliyyətimizdən narazı güclü dairələr var”. Siz kimsiniz? Səbəb nədir?

Müsahibənin əvvəlində xalqın partiyasını və fəaliyyətini qiymətləndirəcəyinə və yenidən ona etimad göstərəcəyinə ümid edən ƏHD partiyasının lideri başqa kimə arxalanmalıydı ki?

Onun iddialarına görə, Həsənquliyev şəxsi maraqlarına uyğun olmasa da (???) milli mənafelər naminə ölkənin inkişafını ləngidən “tabu” sayılacaq problemlərdən, onların həlli yollarından danışdığı üçün ona mane olmaq istəyənlər var. Bir az peşmançılıq, bir az narahatlıq duyulan açıqlamlarda seçkinin nəticəsinin xalqın iradəsindən deyil, hansısa daxili qüvvə, məmur, üstəlik xarici qüvvələrdən asılı olmasına şübhə yaratmışdı: “Çünki həm xaricdə, həm daxildə bizim fəaliyyətimizdən narazı güclü dairələr var. Biz şəxsi maraqlarımıza uyğun olmasa da milli mənafelər naminə ölkənin inkişafını ləngidən “tabu” sayılacaq problemlərdən, onların həlli yollarından danışmışıq. İstəmişik ki, vətəndaşlarımız siyasi baxımdan yetkin olsunlar. Bilirik ki, daxildə bəzi məmurlar tənqiddən nəticə çıxarıb işlərini daha yaxşı qurmaq əvəzinə, ondan narahatdırlar ki, Prezident onların peşəkarlığına və dürüstlüyünə şübhə ilə yanaşa bilər”.

Onun sensasion açıqlamaları bununla da bitməmişdi, hətta mövcud vəziyyəti o qədər dramatikləşdirmişdi ki, ictimai rəydə belə bir fikir hasil ola bilərdi ki, ƏHD-in namizəd irəli sürməsinə də mane olacaqlar. Eyni zamanda belə şantaj xarakterli fikrini dilə gətirmişdi: “Milli Məclisdə konstruktiv müxalifətin, ciddi məsələlərlə bağlı alternativ ideyaların və tənqidi fikrin olmaması çox üzücü olardı, bizdən daha çox iqtidarın və dövlətimizin böyük uğursuzluğu sayılardı”.

Özünü Milli Məclisdə “konstruktiv müxalifətin nümayəndəsi”, “ciddi məsələlərlə bağlı alternativ ideyaların və tənqidi fikrin mənbəyi” sayan Qüdrət Həsənquliyev həmin açıqlamaları ola bilsin ki, konkret dairələrə ünvanlasa da, qabaqdan gəlmişlik olsa da, məlum bəyanat media qurumları tərəfindən də birmənalı qarşılanmamışdı. Ən azından ona görə onun məlum mini müsahibəsindəki bir fikri sonrakı ilə ziddiyyət təşkil edirdi. Necə?

Məsələn, partiya sədri hökm etmişdi ki, seçkilərdə heç bir müxalifət partiyasının qalib gəlmək şansı olmasa da, çalışacaqlar ki, parlamentdə yerlərinin sayını artırsınlar, parlamentdə müxalifət fraksiyasının yaranması üçün başqa partiyalarla danışıqlar aparsınlar.

Bəs məzlum leksikonu ilə dilə gətirilən o biri açıqlama nəydi?

Məhz buna görə də ölkənin aparıcı media qurumlarında seçkilərdən əvvəl, hətta dövlət başçısının seçki günününü təyin edəcəyi ərəfədə Q.Həsənquliyevin zididiyyətli bəyanatlar səsləndirməsi ölkədə seçkilərin gedişinə və nəticələrinə təsir göstərməyə çalışacaq məmurlara qarşı “hücum taktikası”, ona qarşı olan dairələri zərərsişləşdirmək metodu kimi də dəyərləndirilmişdi. Q.Həsənquliyevin bəyanatını digər tərəfdən indiki vəziyyətdə prosesdən kənar qalmaq ehtimalından qorxuya düşüb, narahatlıq keçirməsi, yeni parlamentdə təmsil olunmama ehtimalını aradan qaldırmaq cəhdi kimi də qiymətləndirənlər oldu. Bəs sonra nə baş verdi?

Heç nə. Seçki günü də təyin olundu. ƏHD Partiyası hətta YAP-ın namizədləri bəlli olmadan seçkidə hansı tərkibdə iştirak edəcəklərini də açıqladı. Düzdür, 40 yox, 20 nəfər namizədlə seçkidə iştirakarını da elan etdi.

Artıq namizədlərin qeydiyyatı da başa çatıb. Təbliğat-təşviqat kampaniyasına da start verilib. Qeyri-rəsmi məlumata görə, Qüdrət Həsənquliyevin partiyasından 10-dan çox təmsilçi namizəd seçki prosesinə qoşulur.

Nə oldu?

Bütün deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, hələlik Həsənquliyevin şantajı öz bəhrəsini verdi. ƏHD lideri daxildəki məmurları, “milli maraqlara” görə səsləndirdiyi bəyanatlar səbəbindən onu düşmən elan edən xarici qüvvələri hələlik seçkinin ilkin mərhələsinə müdaxilə edən (???) oyunçulardan olmasının qarşısını alıb. Əgər bu metod öz nəticəsini veribsə, bu gedişlə Həsənquliyev yeni parlamentdə yalqız qalmaya, hətta ən azından 2 nəfər ƏHD-çinin də mandat almasına nail ola bilər…(aztoday.az)

Elmidar Əliyev
Text-to-Speech

DİNLƏ






Şərh yaz