Axtarış...

"Halal Dad"ın servelatlarında zərərli maddələr var - BU DA FAKT!!!


Halal Dad” ət və ət məhsulları istehsalı ilə məşğul olan müəssisənin “Servelat” bişirilmiş və hisə verilmiş kolbasalarında insan orqanizmi üçün zərərli olan qida əlavələri var.

Tribunainfo.az xəbər verir ki, bu barədə elə kolbasanın üzərində və kolbasanın tərkibi barədə marketlərin onlayn bölməsində yerləşdirib. Kolbasanın tərkibi mal əti, qoyun əti (əla növ), mal piyi, nişasta, xörək duzu, natrium nitrit, kompleks qida əlavələri (E-450; E-451; E-621) və qarışıq ədviyyat ekstraktı ətirli istiot, ağ istiot, askorbin turşusu E-300, E-301 sarımsaqdan ibarətdir.

Sözügedən kolbasanın tərkibindəki E-450, E-451 maddələri insanda mədə pozğunluğu əmələ gətirir. Kolbasanın tərkibindəki E-621 qida əlavəsi də insan orqanizmi üçün zərərli hesab edilən maddələrdəndir. Ən çox yayılmış dad gücləndiricisi natrium glutamat olan E-621-dir. Bu maddə ilə zəngin olan qidaları qəbul edən insanların 30 faizi baş ağrıları, yüksək ürək döyüntüsü, əzələlərdə zəiflikdən şikayət edir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz