Bu gün saat 15:00-da Şirvan şəhər Apelyasiya məhkəməsində hakim Habil Bəhmənovun sədirliyi ilə "Azərbaycan Reallığı" saytının fəaliyyətinin dayandırılması ilə bağlı Medianın İnkişafı Agentliyinin İddiasına baxılacaq.
Bu ayın 18-də isə Sumqayıt Apellyasıya məhkəməsi Medianın İnkişafı Agentliyinin eyni məzumu şikayəti ilə Millitv.az xəbər saytının faliyyətinin dayandırması barədə iddasına baxacaq
Bir neçə gündən sonra Azərbaycan mətbuatının 149-cu ildönümünün tamam olmasına baxmayaraq, əldə etdiyimiz məlumatlara görə, PA-nın bəzi yüksək çinli məmurların və Ramiz Mehdiyevin, Əli Həsənovun, Vasif Talıbovun sifarişi əsasında "Medianın İnkişafı Agentliyi"nin rəhbəri Əhməd İsmayılov, həmçinin bu şəxsin komandası müstəqil mətbuata qarşı hücuma keçmək planına start veriblər.
Aldığmız məlumatlara görə, bu şəxslər MEDİA reyestrinə müraciət etməyən media subyektlərini Apellyasiya Məhkəməsinə verirlər. Bunların məqsədləri reyestrə müraciət etməyən və müstəqil şəkildə fəaliyyət göstərən saytların bloklanmasını həyata keçirmək üçün, məhz məhkəmənin qərarını əldə etmək istəyirlər.
Bununla da həmin şəxslər müstəqil mətbuatı susdurmağa nail olmaq istəyirlər. Bu da Azərbaycan hökumətinin müstəqil mətbuatın inkişaf etdirilməsi yönündə həyata keçirdiyi "islahatlara" bariz nümunədir.
Düşünürük ki, bu cür əməllərə qol qoymaq birbaşa dövlətçiliyimizə qarşı yönəlik addım hesab olunacaq və media sahəsində çalışan şəxslər arasında kütləvi narazılıqların baş qaldırması ilə də nəticələnəcək.
Belə bir səbəbdən də, çox yaxın günlərdə müstəqil media qurumlarının bir araya gələrək, çox ciddi aksiya keçirmələri barədə qərar vermələri gözlənilir.