İş adamı Qalib Məmmədov deputat olmaq üçün əl-ayağa düşüb.
Daha bir məmur sentyabrın 1-də keçiriləcək parlament seçkilərində mandat qazanmaq istəyir.
Bu şəxs "KDY Logistics” şirkətinin Azərbaycan qrupunun Direktorlar Şurasının sədri Qalib Məmmədovdur.
Qalib Məmmədov iş adamıdır, əvvəllər Rusiyada fəaliyyət göstərib. Daha sonra o, Azərbaycana gəlib və burada özünə şirkət qurub.
Qalib Məmmədov bir zamanlar işğaldan azad edilmiş Qubadlıda qurduğu dövlətə meydan oxuyan təmtəraqlı məclislə diqqət mərkəzinə düşmüşdü.
Hal-hazırda Kəlbəcərdən deputat olmaq üçün əl-ayağa düşən iş adamı bəzi dairələrlə iş aparır. Onun namizədliyi Rusiya və İrandakı bəzi qüvvələr tərəfindən dəstəklənir.
Dövlət başçısının xəbərdarlıqlarına məhəl qoymayaraq, azad edilmiş bölgələrimizdəki füsunkar yerləri özününkü hesab edən Qalib Məmmədov məhz toxunulmazlıq statusu ala bilmək üçün parlamentə can atır.
Onu da qeyd edək ki, Qalib Məmmədov Azərbaycanda fəlaliyyət göstərən iş adamlarından birinin "sağ əli” hesab olunur. Ona görə də onun Kəlbəcərin deputatı olmaq şansı bir qədər də artır.
İnterpress.az