İmişli rayon sakini Xanoğlan Həsənov bildirir ki, o İmişli rayon 8 nömrəli məktəbdə gözətçi kimi fəaliyyət gostərir. DİA.AZ-ın məlumatına görə, narazı vətəndaş əlavə edir ki, bu müddət ərzində dəfələrlə həmyerlisi Cavanşir Əhmədov tərəfindən təhqirlərə məruz qalıb.
Bununla bağlı aidiyyatı qurumlara müraciət etdikdə isə onun İşinə obyektiv baxan olmayıb.
Vətəndaş iddia edir ki, Cavanşir Əhmədovun 1-ci qrup əlilliyi də saxtadır. Şikayətçi bununla bağlı aidiyyatı qurumlara müraciət edərək bu məsələnin diqqətə alınmasını və tədbir görülməsini xahiş edir.