Axtarış...

Rusiya Ermənistanla Azərbaycanın NATO sammitinə dəvət olunmasından narahatdır

Rusiya Ermənistanla Azərbaycanın NATO sammitinə dəvət olunmasından narahatdır


Rusiya Xarici İşlər Nazirliyi Ermənistanla Azərbaycanın Vaşinqtonda keçirləcək NATO sammitinə dəvət olunmasına münasibət bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasinin sözlərinə görə, Moskva ümid edir ki, İrəvan və Bakı Cənubi Qafqazda yeni bölücü xətlərin təhlükəsini başa düşür.
O bildirib ki, Ermənistana Qərbdən silah-sursat verilməsi, eyni zamanda NATO emissarlarının Bakıya səfərlər etməsi iki respublika arasında gərginliyi artırır, Ermənistan-Azərbaycan dialoquna heç bir töhfə vermir və regionda silahlanma yarışına təhrik edir.
O, Moskvanın mövqeyini bir daha təkrarlayıb ki, 2020 və 2022-ci illər üçün üçtərəfli sazişlər toplusu Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün universal əsas olaraq qalır.

Rusiya Xarici İşlər Nazirliyi əmindir ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi regional məsuliyyət prinsipi çərçivəsində bölgə dövlətlərinin özləri təmin edə bilər və təmin etməlidir.
“Avroatlantiklərin regionun xüsusiyyətlərini dərk etməkdən uzaq olan reseptlərinin tətbiqi Cənubi Qafqazda yeni bölgü xətlərinin yaranmasına gətirib çıxarır və təkcə region üçün deyil, həm də ümumilikdə Avrasiyada dağıdıcı nəticələrə səbəb olacaq. Ümid edirik ki, Bakı və İrəvan bunu yaxşı başa düşür”, - Nastasin bildirib.
O, Ermənistan və Azərbaycanın NATO sammitinə dəvətini Rusiyanın dostlarını onunla əməkdaşlıqdan uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirib.

Qeyd edək ki, NATO-nun sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz