İnsanların həyatı üçün təhlükəli olan ticarət mərkəzi adiyyatı qurumlar hara baxır
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Kürdəmir rayon sakinlərindən Millitv- yə daxil olan şikayətdə bildirilir ki, rayon ərazisində onların yaşayış evlərinin yaxınlığında yerləşən Kürdəmir Mall ticarət mərkəzi hal-hazırda qəzalı vəziyyətdə fəaliyyət göstərir. Şikayətlə bağlı araşdırmamız zamanı Kürdəmir rayonunda, həyətyanı sahədə, sakinlərin evləri ilə heç bir lazımi ara məsafəsiə saxlanılmadan vaxtı ilə tikilib istifadəyə verilmiş Kürdəmir Mall ticarət mərkəzinin divarlarında çox ciddi çatların olduğunu və qəzalı vəziyyətdə fəaliyyət göstərdiyi faktı aşkar edilib. Hətta, baş verə biləcək ən kiçik təbii fəlakət nəticəsində, qəzalı vəziyyətdə olan Kürdəmir Mall ticarət mərkəzindən böyük lay divarın gördüyünüz bu evlərin üzərinə qopub düşəcəyi tam qaçılmazdır. Ticarət obyektinin divarlarında yaranmış böyük çatlar yaxınlıqda yaşayan sakinlərin və eyni zamanda həmin ticarət obyektinə alış-veriş üçü gələn insanların həyatının hər an təhlükə qarşısında olmasından xəbər verir. Onu da qeyd edək ki, həmin ticarət obyektinə gələn insanların başlarına obyektin divarlarındakı böyük məsafəli çatlardan daşlar qopub düşərsə bu da bədbəxtçiliyə süəbəb olacaq. Sakinlərin sözlərinə görə vaxtı ilə ticarət obyektinin onların yaşayış evinə çox yaxın məsafədə, yəni qanun çərçivəsindən kənar tikilməsindən narazı olduqlarını bildiriblər. Amma, Sakinlərin narazılığına əhəmiyyət verməyən o vaxtkı rayon İcra hakimiyyətinin səlahiyyətli şəxslərinin səyi nəticəsndə bu ticarət obyektinin sahibi belə bir keyfiyyətsiz ticarət obyektinin tikilməsini həyata keçiribdir. Məlumdur ki, rayonda hər hansı bir sahibkarlıq obyekti tikilərkən rayon İcra Hakimiyyətnin tikinti-təmir işlərinə mütləq şəkildə icazəsi və razilığı olmalıdır. Lakin, bu ticarət mərkəzi tikilərkən şəhərsalma standartlaraına uyğun olmaması barədə ərazidə yaşayan sakinlərin rayon icra hakimiyyətinə etdikləri çoxsaylı şikayətlərə heç bir əhəmiyyət verilməmiş və nəticədə də belə bir keyfiyyətsiz ticarət mərkəzinin tikilməsi baş tutmuşdur. Maraqlı olan məsələlərdən biri də odur ki, vaxtilə Kürdrəmir rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri ticarət obyektinin tikintisinə icazə verən zaman sahibkarlıq obyekti ilə fərdi yaşayış evlərinin arasında qanuni ara məsafəsinin saxlanılmasına necə göz yuma biliblər? Ümid edirik ki, bu süjüti izləyən aidiyyati qurumlar tez bir zamanda hərəkətə keçərək qəzalı halda, hər kəsə təhlükəli olan bu ticarət obyektinin belə bir vəziyyətdə fəaliyyət göstərməsinin qarşısının alınması üçün lazımi tədbirlər görəcəklər. Millitv.az