Axtarış...

Azərbaycanda bu tarixdə "Sədərək", "Binə" və "Mall"ar açılacaq - AÇIQLAMA



Azərbaycanda bu tarixdə "Sədərək", "Binə" və "Mall"ar açılacaq - AÇIQLAMA

Xeber verdiyimiz kimi yanvardan gündəlik koronavirusa yoluxanların sayı xeyli düşüb.Qeyd edək ki, ölkə ərazisində yanvarın 18-nə kimi sərtləşdirilmiş karantin rejimidir. Yanvarın 18-nə kimi bu azalma dinamikası davam edərsə, iri tircarət mərkəzləri və "Mall"ar açıla bilərmi?

Bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, yanvarın 18-nə kimi verilmiş qərar qüvvədədir:

"Bayram günlərində Bakıya giriş-çıxışa nəzarət gücləndirilmişdir. Bunun də çox müsbət nəticəsi oldu. Belə ki, insanlar rayonlara getməyib, bayramı öz evlərində qeyd etdi. Yanvarın 18-nə kimi hesab edirəm gündəlik yoluxma sayı 2 rəqəmliyə qədər düşəcək. Çünki gündəlik yoluxmaların sayı 4000-dən xeyli aşağı düşdü. Bu da ortalama 7-8 dəfə azalma deməkdir. Növbəti 10 gündə gündəlik yoluxma sayı iki rəqəmliyə düşə bilər.

Yoluxanların sayı iki rəqəmliyə düşdüyü halda yenidən yumuşalmalara gedilə bilər. Düşünürəm ki, 18-nə kimi azalma bu templə davam edərsə, iri ticarət mərkəzlərinin açılması əvvəlki şərtlərlə mümkün ola bilər. Əgər yanvarın 18-dən sonra rəqəmlər ürəkaçan olarsa müəyyən qaydalarla, yaydakı qaydalarla iri ticarət mərkəzləri fəaliyyətə başlaya bilər. Əlbəttə "Mall"arda yeməkxanalar və əyləncə mərkəzləri işləməmək şərti ilə. Əsasən mağazalar fəaliyyət göstərə bilərlər".Sonxeber.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz