Axtarış...

Emin Əmrullayev BACARMADI... - FAKT BUDUR!

Emin Əmrullayev BACARMADI... - FAKT BUDUR!

Son günlər təhsil sistemində müşahidə etdiklərimiz əslində MİLLİ FACİƏMİZ kimi qəbul olunmalıdır. Biz orta məktəblərdə KİM yox... rəsmən NƏ yetişdiririk və bu nəsnələr sabah istər-istəməz ümumi həyatımızı və ümumi evimizi risq altında mütləq qoyacaqlar... Elə buna görə də nə qədər gec deyil... AYILMALIYIQ... AYILTMALIYIQ...

Dia-az.İnfo xəıbər verir ki, məhz bu eybəcərlikləri müşahidə edən tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli də bir-iki qeydi ilə əslində bu gün Azərbaycan təhsilinin real mənzərəsini ifadə edib. C.Həsənli yazır:

"Məktəblilər məktəblə oğru "mahnısı" oxumaqla vidalaşırlar. Direktor da qoşulur onlara. Elə bil Emin Əmrullayev nazir yox, "vor zakon"dur.
Sən hələ teatr qur!.."

Bunun ardından isə tanınmış jurnalist Elm və Təhsil naziri ünvanını daşıyan cənab Əmrullayevə xitab edərək soruşur:

"Emin Əmrullayev hələ bir aydınlıq gətirsin görək, o nazir olana qədər məktəbəqədər təhsil sahəsində təlimçi çalışmış həyat yoldaşı Nigar Əmrullayeva - Hənifəyevanın Böyük Britaniyadakı illik təhsil haqqı 63 min funt sterlinq olan Cambridge Judge Business School-da iki illik təhsil haqqını şəxsi büdcəsi hesabına qarşılayır, yoxsa nazirlik hesabına?.."

Hə... əslində bu iki ştrix Azərbaycan təhsil sisteminin səmimi təzahürüdür... BELƏ HARA GEDİRİK?
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz