Axtarış...

"Emin Əmrullayev, hansı “katyol”?" - ETİRAZ

"Emin Əmrullayev, hansı “katyol”?" - ETİRAZ

“Gecə saat 3-ə qalıb. İki gündür Təhsil Nazirliyi əsəblərimi tarıma çəkib. Bir xırda məsələni həll etmək istəmirlər. Keçən il Emin Əmrullayevin elçiləri it kimi ayağıma düşmüşdülər, nazirin adından xahiş edirdilər”

Bu sözləri jurnalist Samir Feyruzov sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, indi nazirlikdə söz demədiyi, təkidlə xahiş etmədiyi adam qalmayıb: “Hərə bir tərəfə çəkir, qeyri-müəyyənlik yarada-yarada məni aldatmağa çalışırlar, vaxt udurlar. Bu “qambuzik”lərə yiyələrinə görə hörmət qoyurdum, artıq keçdi. Bu, nə sistemdir, a kişi?! Halbuki, daxili şagird yerdəyişməsi etmək istəyən hər kəs məktəblərdə 500 manat rüşvət verib həmin məsələni həll edir. Mənə deyirlər ki, həmin 500 manat “katyol”a gedir, yəni, hər kəs verməlidir. Emin Əmrullayev, hansı “katyol”?

Mötəbər şəxslərin xahişlərinə görə, bu FETÖ qırıntısının, Nazirlikdəki şəbəkənin təhsil sahəsində törətdiyi cinayətləri hələki işıqlandıra bilmirdim. Bundan sonrasını gözləsin… Sabah açılsın görək…

Heç kəsi qınamıram, ölkədə bütün sahələr kimi media da çürüyüb, jurnalistlər başını girələyir, mətbuat o qədər hörmətsiz hala düşüb ki, ata-ana şotuna vəzifəyə təyin edilən fərari “şampunçik”lər jurnalistlərə etinasızlıq nümayiş etdirirlər. 20 əvvəl bu ölkədə Emin Əmrullayev nazir ola bilərdi? Lap olsaydı da, mətbuat onu bu şəkildə rahat buraxardı?! Savaş istəyirsiniz? Gəlin! Savaşmasanız, adam deyilsiniz!”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz