Axtarış...

Rusiyada yeni səfərbərlik elan edilə bilər

Rusiyada yeni səfərbərlik elan edilə bilər

Rusiyada yeni səfərbərlik 2025-ci ilin əvvəlindən əvvəl elan edilə bilər.

Bu barədə “Financial Times” yazıb.

Nəşrin məlumatına görə, Rusiyada yeni qismən səfərbərlik 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində qaçılmaz olacaq.

Rusiya silahlı qüvvələrinin rəhbərliyinə yaxın mənbə qəzetə bildirib ki, indi hakimiyyət cəbhədəki bəzi əməliyyat uğurlarını qurban verməyə hazırdır.

“Lakin yeni hərbi səfərbərlik olmadan genişmiqyaslı hücum əməliyyatları mümkün deyil”, - mənbə bildirib.

Rusiya hakimiyyəti dəfələrlə yeni səfərbərlik ehtimalını təkzib edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz