Axtarış...

Kadırov ağzından qaçırdı: Səfərbərlik…

Kadırov ağzından qaçırdı: Səfərbərlik…


Rusiyada səfərbərliyə ehtiyac yoxdur, rusiyalılar özləri vətəni müdafiə etməyə qalxmalıdırlar.

Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Mənə tez-tez sual verirlər ki, səfərbərlik olacaq? Heç kim səfərbərlik elan etməməlidir. Biz hamımız səfərbər olmalıyıq, prezidentimizin ətrafında sıx dayanıb, dövlətimizin təhlükəsizliyini təmin etməliyik”, – Kadırov bildirib.

Qeyd edək ki, Kadırovun bu sözləri birmənalı qarşılanmayıb. Bəzi siyasi müşahidəçilər Kadırovun sözünü Rusiyanın səfərbərliyi “könüllü müraciətlər” görüntüsü altında həyata keçirmək variantı üzərində işlədiyinin işarəsi hesab ediblər.

Axar.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz