Axtarış...

“Aqrar Sığorta”nın biznesində “donvurma” - yığımları 2 mln. manat azalıb

“Aqrar Sığorta”nın biznesində “donvurma” - yığımları 2 mln. manat azalıb

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin yığımlarında azalma davam edir.

İqtisadiyyat.az-ın hesablamasına görə, sığorta şirkətinin topladığı sığorta haqqları 2024-cü ilin yanvar-aprel aylarında 8,38 milyon manat təşkil edib.

Bu da illik müqayisədə 20,4% və ya 2,15 milyon manat azdır. Belə ki, 2023-cü ilin ilk dörd ayında müştərək sığorta şirkəti 9,58 milyon manat sığorta haqqı toplaya bilmişdi.

Cari ilin yanvar-aprel aylarında “Aqrar Sığorta” şirkətinin ödənişləri isə 2 dəfə və ya 1,03 milyon manat artaraq 2,03 milyon manata yüksəlib. 2023-cü ilin yanvar-aprel aylarında sığorta şirkəti 1 milyon manat ödəniş həyata keçirmişdi.

Sığorta yığımlarının azalması və ödənişlərin kəskin artması “Aqrar Sığorta” şirkətinin zərərliliyini, yəni ödəniş-yığım nisbətini kəskin artırıb.

2023-cü ilin yanvar-aprel aylarında sığorta şirkəti topladığı hər 100 manatın 9,5 manatını ödənişə yönəldibsə, bu ilin ilk üç ayında bu rəqəm 24,2 manata yüksəlib.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” 31 avqust 2020-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti tərəfindən bərabər paylarla təsis edilib. ASC-nin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz