Bu gün Xeyirxah və Qəlbən gözəl bir insan olan GÜLAĞA TƏNHANIN doğum günüdür - Təbrik edirik
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Millitv.az xəbər saytı olaraq, bizdə bu gün mediada yayımlanan çoxsaylı təbriklərə qoşularaq, ALLAH ADAMI, politoloq, tanınmış şair və publisist GÜLAĞA TƏNHANI doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı və fəaliyyətində uğurlar arzulayırıq! Ləyaqətli, müdrük insanlar da D kolorlu, cilalanmış brilyant daş kimidir! Ən üfunətli bataqlıqda, çirkabda olsalar da öz göz oxşayan parlaqlıqlarını qoruyub, saxlayırlar! Bu gün Sizlərə haqqında söz açacağım dahi insan, 1991-ci ildə SSRİ də ilk kommersiya bankının rəhbərlərindən biri olmaqla yanaşı, həm də Azərbaycanın, bəlkədə həmin zamanlar SSRİ nin ən zəngin adamı idi... Onun hələ sovet dönəmində 12,5 milyon dollar pulu var idi... Lakin, o Moskvada yaşayıb işləməsinə baxmayaraq, tez-tez doğma Azərbaycanına gəlirdi... Vətənimizin çətin günlərində, Vətənpərvər bir insan kimi öz millətinin, öz dövlətinin, öz xalqının qayğısına qalırdı! Uşaq bağçalarında ,məktəblərdə təmir işləri aparırdı, cəbhə üçün ərzaq, dərman preparatları, silah-sursat, tikinti materialları alırdı... KQB nin keçirdiyi bir çox Dövlət əhəmiyyətli proyektləri maliyyələşdirirdi.. Gülağa Tənha nə edirdisə, təmənnasız olaraq edirdi - Vətənimizin gələcək uğurları naminə edirdi. Bu gün, həmin qanlı-qadalı günlərdən Dostluq etdiyim Vətənpərvər, xeyirxah bir insanın həyatında özəl bir gündür-doğum günüdür! Gülağa Tənhanı doğum günü münasibətilə təbrik edirəm, ən səmimi və xoş arzularımı çatdırıram! Eyni zamanda uzun illərdən bəri sevə-sevə qoruyub, saxladığım,qayğısına qalıb, nazını çəkdiyim Dostluq məhəbbətimin səmimiliyini bildirmək istəyirəm!
İnsanın həyatında düşdüyü şəraitdən, yaşadığı mühitdən asılı olaraq, əsil,böyük hərflərlə yazılan Dostları çox az olur, amma çətin günlərin sadiq Dostu çox az olanların içərisində daha az olur! Gülağa Tənha da çox az olan sadiq Dostların, ən sadiqidir! ALLAH Sizi QORUSUN!
Hörmətlə: Media Məlumat Mərkəzinin və Milli İnternet Televiziyasının ( MİLLİTV-nin) adından təbiriklərə qoşuluruq Baş Direktor Rövşən Qasımov