Axtarış...

Bü gün xalqın sevimlisi xanım Mehriban Əliyevanın doğum günüdür

Bir ölkənin qalib olması üçün, onun qalib əsgəri, qalib liderləri olmalıdır.



Azərbaycan əsərini yaradan ulu öndər Heydər Əliyevin layiqli davamçıları, 44 günlük Vətən müharibəsində xalqına zəfər sevincini yaşadan Azərbaycan Respublikasının ali baş komandanı, prezident İlham Əliyev və onun xanımı, ölkənin qalib qadını olan Mehriban Əliyeva əsrin tarixində yer alan qalib liderlərdir.(dahi şəxsiyyətlərdir).

Xalqına mərhəməti ilə xidmət edən, hər zaman ədalət, humanizm və insanpərvərlik ideyasını rəhbər tutan Mehriban Əliyeva, işində əsl peşəkarlıq, yüksək dərəcədə siyasi yetkinlik nümayiş etdirməklə onun bir daha, xalqımıza layiqli lider olmasının təsdiqini bəyan edir.
Mehriban xanım Əliyevanın humanist,dahi şəxsiyyət kimi yetişməsində möcüzə onun ziyalı, mötəbər bir ailə çevrəsində böyüməsindən irəli gəlir.
Azərbaycanın bu günü, gələcəyi üçün vacib dövlətlərlə yaradılan mədəni, iqtisadi-siyasi münasibətlər, ölkəmiz üçün faydalar gətirən mühüm, lazımi işlərə imza atılmasında ölkə başcısı cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva bir bədəndə iki qol kimi xalqının rifahı, əminəmanlığı naminə işlər görürlər.



Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev fondunun və Azərbaycan Mədəniyyət fondunun Prezidenti, Yeni Azərbaycan partiyasının birinci müavini, İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ictimai-siyasi fəaliyyətində genişmiqyaslı layihələrin rəhbəri olmaqla yanaşı, xalqı üçün gördüyü humanist işlərindən biri də "Vətən" müharibəsi əlillərinin müayinəsi və müalicəsi üçün, onların hər hansı yaşam həyatlarındakı problemin həllində qazilərə və şəhid ailələrinə göstərilən qayğı, "Yaşat" fondunun yaradılması sayəsində baş tutmuşdur.
O, həm mehriban ana kimi, həm xeyirxah insan kimi, eyni zamanda da işindəki ciddiyyət və tələbkarlıq onun xalqına , vətəninə, özünə olan tələbkarlığından irəli gəlir.

Bu gün avqustun 26-sı Mehriban Əliyevanın doğum günüdür. Biz, Milli TV-nin olaraq fürsətdən istifadə edib Mehriban xanımı doğum günü münasibəti ilə təbrik edir, ona can sağlığı, uzun ömür, ailəsində sevgi və gördüyü işlərində Uca Allahın daima ona yardımçı olmasını arzulayırıq!


Daha çox xəbər

Şərh yaz