Axtarış...

Azərbaycanda yeni mərkəz yaradılır - Prezident fərman imzaladı



Azərbaycan Prezidenti İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması barədə Fərman imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxs yaradılacaq.

Fərmana əsasən, mərkəzin “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs olması müəyyən edilib.

Mərkəzin təsisçisinin səlahiyyətləri Azərbaycan Prezidentinə verilib.

Fərmana əsasən, Nazirlər Kabineti qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, tibb müəssisələrinin akkreditasiyası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Bundan başqa, Nazirlər Kabineti iki ay müddətində mərkəzin nizamnaməsini təsdiq edib Prezidentə məlumat verməlidir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz