Axtarış...

Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində "Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi" (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılsın.

Əlbəttə ki, sözügedən publik hüquqi şəxs və mərkəzin fəaliyyəti qaranlıq qalan məqamlar var. Bu da özündə Səhiyyə Nazirliyi ilə TƏBİB m- in fəaliyyəti ilə bağlı müəyyən suallar yaradır. Hər iki quruma tabeçiliyində olan müəssislərə müraciət edən vətəndaşlar müəyyən mənada çətin yaradır. Bütün bunları nəzərə alsaq, Səhiyyə Nazirliyi və TƏBİB birləşdiriləcək?

Məsələ ilə bağlı onkoloq-həkim, tibb elmləri doktoru, professor və səhiyyə eksperti Adil Qeybulla Sonxeber.az-a açıqlama verib:

"Bu iki qurumun birləşdirilməsi məqsədəuyğundur. Hətta biz bu qurumların birləşdirilməsi ilə bağlı fikirlər səsləndirmişik. Onların birləşdirilməsi prezidentin səlahiyyətində olan bir məsələdir. TƏBİB icbari tibbi sığortaya nəzarət üçün yaradılmış bir qurum idi. Təcrübə onu göstərir ki, hər iki qurumun birləşdirilməsi daha effektiv olardı. Hər halda icbari tibbi sığortada müəyyən bir vüsət alıb. Düşünürəm ki, müəyyən mənada zamana ehtiyac var. Biz bunun haqqında tam detallı danışa bilmərik. Çünki bu prezidentin səlahiyyətində olan bir məsələdir".
Text-to-Speech

DİNLƏ






Şərh yaz