"Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin sevimlisi, qlıncının dalı da,
qabağı da kəsən dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri
vəzifəsini icra edən Taleh Arif oğlu BəşirovNovxanı çimərliyi sahilindəki “Metallurq” qaçqın
düşərgəsində at oynadır". Bu barədə dia-az.info-ya göndərilən məqalədə deyilir.
Daha sonra bildirilir: "Qış aylarında düşərgənin bir hissəsini qeyri-qanuni şəkildə məşhur iş
adamlarından birinin adına rəsmiləşdirən Taleh Bəşirov, hazırda bu ərazidə şəriki ilə birlikdə
nəhəng kompleks inşa etməkdədir. Kompleksə böyük supermarket, bir neçə villa və digər
obyektlər daxildir.
Şöbə müdiri zəbt etdiyi ərazidə inşaat işləri aparmaq üçün ağacları gecəykən kəsdirir, doğradaraq
oduncaq halına salır və elə gecəykən də ərazidən çıxardır. Yaşı 50-80 il olan ağacları
amansızcasına məhv edərək təndirxanalara satan Taleh Bəşirov, onun qanunsuz əməllərini
qınayan məcburi köçkünləri ələ salmaqdan da çəkinmir, öz qanunsuz əməlləri ilə fəxr edir.
“Demişdim axı, mən deyən olacaq” söyləməklə düşərgənin qanunsuz olaraq zəbt edilməsinə
etirazın edən köçkünləri ələ salər.
Taleh Bəşirov digər ərazilər də zəbt edəcəyini gizlətmir. Şöbə müdiri bildirir ki, tezliklə
düşərcənin digər hissəsi də “qanuni şəkildə” satılacaq və burada məskunlaşan köçkünlər digər
ərazilərə köçürüləcək.
Məcburi köçkünlər bütün əlaqədar qurumlara müraciət etsələr də, heç bir
dövlət qurumunun onların müraciətinə məhəl qoymadığını bildirir. Köçkünlər iddia edir ki, qəti
müdaxilə olmasa düşərgədəki yaşıllıqların hamısı məhv ediləcək, onların yeri işbazlara satılacaq".