Axtarış...

Əmlak Komitəsində həbs dalğası... - Taleh Bəşirov taladığının cəzasın alacaq

Əmlak Komitəsində həbs dalğası... - Taleh Bəşirov taladığının cəzasın alacaq

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun Xankəndində Prezidentin xüsusi nümayəndəsi təyin olunması Xidmət daxilində ciddi təlatümlər yaradıb. Belə ki, Elçin Yusubovun himayəsi altında olan kadrlar təşviş içindədir və bu sırada dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovun durumu daha ağırdır. Adi bir yerölçənlikdən məmur oliqarxa qədər yüksəlişini məhz Elçin Yusubova borclu olan Taleh Bəşirov indi Xidmətdə havadan asılı vəziyyətdə qalıb. Taleh Bəşirov müəyyən dairələrdə Elçin Yusubovla bağlı təyinatı özünün xilası kimi dəyərləndirsə də, əslində mövcud reallıq xeyli dərəcədə fərqlidi. Çünki şöbə müdirinin nə deməyindən asılı olmayaraq, Elçin Yusubovun indiki həssas
məqamda Taleh Bəşirovun yaratdığı çoxsaylı problemlərə ortaq olacağı inandırıcı görünmür. Xidmət rəhbərliyi hesab edir ki, onlar üçün davamlı başağrısına çevrilən Taleh Bəşirovla xudafizləşmək vaxtıdır. Rəhbərliyin fikrincə, bu, şöbə müdiri və onun mediada doğurduğu mənfi ictimai rezonansdan qurtulmağın ən yaxşı yoludur.

Bütün bunları nəzərə alan Xidmət rəhbərliyinin yaxın vaxtlarda Taleh Bəşirovla vidalaşacağı gözlənilir. Lakin Xidmət rəhbərliyində təmsil olunan bəzi şəxslər hesab edir ki, Taleh Bəşirovun sadəcə işdən uzaqlaşdırılması yetərli olmaya bilər. Belə ki, bəzi yetkililər hesab edir ki, şöbə müdiri öncə törətdiyi qanunsuzluqlara görə cavab verməli, etdiyi əməllərə görə cəzalandırılmaldır. Çünki işdən çxıarılmağı onu etdiyi qanunsuzluqların məsuliyyətindən azad etmir. Bu mənada Taleh Bəşirovun sadəcə işdən qovulacağı, yoxsa həm də məsuliyyətə cəlb ediləcəyi indiki məqam üçün mübahisə predmeti olaraq qalır.

AzToday.az mediada yayılan məlumatlara istinadən xəbər verir ki, Elçin Yusubovun himayəsi altında kasıblığın daşını atan Taleh Bəşirov, dövlət torpaqları ilə məmurlar arasında maklerlik edib. Dövlət balansındakı milyonluq torpaq sahələrini məmurların dostluğunu qazanmaq üçün onlara qəpik-quruşa təklif edən Bəşirov, əvəzində məmurlardan “hədiyyə” adı ilə böyük pullar, bahalı avtomobillər qazanıb. Taleh Bəşirova bağışlanan və haqqında mətbuatda danışılan Range Rover də məhz bu xidmətinə görə şöbə müdirinə verilib. Dövlət torpaqları hesabına milyonlar qazanan Taleh Bəşirov Tükiyədə də nəhəng biznes imperiyası yaradıb. Tez-tez Türkiyəyə səfərlər edən Taleh Bağırov öz biznesini Azərbaycandan kənarda genişləndirməkdə maraqlıdır. Amma indi vəziyyətin kritikliyi Taleh Bəşirova da yaxşı məlumdur. Bu səbəbdən də şöbə müdiri son bir ayda dostluq əlaqəsində olduğu bütün iri ranqlı məmurlara müraciət edərək ona kömək etmələrini istəyib. Lakin görünən odur ki, kimsə Taleh Bəşirova kömək etmək niyyətində deyil.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz