Axtarış...

Taleh Bəşirov torpağına əl qoyduğu köçkünlərin yuxusunu da əlindən aldı - NARAZILIQ VAR...

Taleh Bəşirov torpağına əl qoyduğu köçkünlərin yuxusunu da əlindən aldı - NARAZILIQ VAR...

"Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirov bir ildən çoxdur ki, bütün ölkə ərazisində at oynatmaqdadır. Ötən ilin ortalarından etibarən Bakının Novxanı çimərliyi yaxınlığındakı “Sarıqaya” yaşayış masivindəki “Metallurq” düşərgəsində məcburi köçkünlərə məxsus ərazini zəbt edən Taleh Bəşirov, həmin ərazini iş adamlarından birinə satmış, ərazi hasarlanmışdır. Medianın olayları işıqlandırmasından sonra bir müddət ərazidə tikinti işlərini dayandıran şöbəi müdiri, bugünlərdə tikinti prosesinə yenidən start verib. Hazırda ağır texnika vasitəsi ilə ərazinin düzləşdirilməsi prosesi gedir. Ərazidə bir neşə villanın inşası nəzərdə tutulur ki, bunların da biri Taleh Bəşirova məxsus olacaq". Bu barədə dia-az.info-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Məcburi köçkünlər Taleh Bəşirovun yüzlərlə insanın etirazına rəğmən tikintini davam etdirməsini şöbə müdirinin media və qanunvericiliyə göz dağı kimi qiymətləndirir. Onlar hesab edir ki, Taleh Bəşirov bununla qanundan və ictimai qınaqdand aha güclü olduğunu əməli surətdə sübut edir.

“Range Rover”li məmur məcburi köçkünləri yuxu üzünə həsrət qoyub

Ərazidə tikinti bumunun yenidən başlaması məcburi köçkünlərin ciddi etirazına səbəb olmaqdadır. Zəbt edilən ərazinin boşaldılmasını, hasarların sökülməsini tələb edən köçkünlər əlaqədar qurumların onların etirazını görməzdən gəlməsindən narazıdır. Məcburi köçkünlər bildirir ki, prezident seçkilərindən sonra əmlak məmurları açıq şəkildə sakinlərə etinadsızlıq göstərir, digər ərazilərin zəbti üzərində işləyir. Belə ki, məcburi köçkünlərin yaşadıqları digər ev və həyətyanı ərazilərin Taleh Bəşirovun əlaltıları tərəfindən ölçülməsi prosesi gedir. Bu isə onu göstərir ki, yaxın vaxtlarda Taleh Bəşirov bu ərazilərini də zəbt edərək iş adamlarına satacaq.

Məcburi köçkünləri narazı salan digər bir məqam zəbt edilən ərazidə ağır texnikanın gecə saatlarında da işləməsi, onların yuxusuna haram qatmasıdır. Sakinlər bildirir ki, tikinti prosesinin gecə saatlarıdna – projektor işığında davam etdirilməsi onu göstərir ki, Taleh Bəşirov və onun şəriki olan iş adamı villaların inşası prosesini mümkün qədər tez başa vurmağa çalışır.

Qeyd edək ki, Taleh Bəşirov bir ümddət öncə məşhur iş adamlarıdnan birindən “Range Rover markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlmişdir".

DAVAMI VAR...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz