Ötən gün Tbilisidə Qəhrəmanlar meydanı yaxınlığında “Xarici agentlər haqqında” qanuna qarşı keçirilən aksiyada 23 nəfər həbs edilib.
"Report"un yerli bürosu xəbər verir k, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmadıqları üçün onları saxlayıblar.