Axtarış...

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

“Bakıda yerləşən “Azərşin” ASC-nin rəhbərliyi dövlətdən aldığı elektrik enerjisini bizə baha qiymətə satır. Pulu ödəyə bilməyəndə isə, elektrik enerjisinin verilişini dayandırırlar”

Yenixeber.org: Bu sözləri “Azərşin” ASC-nin ərazisindəki sexlərdən birinin icarədarı Yusif Məmiş oğlu Alıyev deyib.

Onun sözlərinə görə 2006-cı ildə “Azərşin” ASC-nin ərazisində sex icarələyib: “Mən ölkədə tanınan qapı-pəncərə, mebel ustalarındanam. İşimə görə ölkə rəhbərliyi səviyyəsində tanınıram. 18 ildir ki, “Azərşin” ASC-nin ərazisində sex icarələyib işləyirəm. Pandemiya dövründə işlərimiz çox çətinləşdi. Bu gün mənə çoxsaylı borclular var, hansılar ki, iş gördürüblər, pulu isə ödəməyiblər, ödəyə bilmirlər. Ona görə də çox pis duruma düşmüşəm. Alacaqlarım var, ala bilmirəm. Buna görə icarəyə görə borcum yaranıb. Təqaüdçüyəm, təqaüdümü alıb icarə haqqını ödəyirəm. ASC-nin əvvəlki rəhbərliyi bizə icarədarlara anlayışla yanaşırdı. Elə olurdu ki, mal-material almağa pul olmayanda bizə dəstək verirdi ki, işləyə bilək, icarə haqqını da ödəyək. Yeni rəhbərlik Xanlar Süleymanov isə elektrik enerjisini – dövlətin strateji məhsulunu bizə dövlətin müəyyən etdiyi qiymətdən də baha satır. Üstəlik, pulu ödəyə bilməyəndə elektriki kəsirlər, dəzgahlar da elektriksiz işləmir deyə işimiz də dayanır. Hazırda 1 aydır ki, elektriki kəsiblər, 200-300 manat borca görə məni işsiz qoyublar. Anlamaq belə istəmirlər ki, işləməsəm, borcu ödəyə bilmirəm. Ona görə də ölkə rəhbərliyindən xahiş edirəm ki, “Azərşin” ASC-də baş verən qanunsuzluqla bağlı ölçü götürülməsi üçün göstəriş verilsin”.

Yusif Alıyev deyib ki, ASC-nin yeni rəhbərliyi ərazidə silahlı oyunlar təşkil edir: “İşlədiyimiz yerdə belimizə silahdan atılan qurğuşun dəyir. Həmin qurğuşun gözümüzə dəysə, bizi kor edə bilər. Bu, Xanlar Süleymanovu düşündürmür. Ölkə rəhbərliyindən çox xahiş edirəm ki, işimizə olan əngəllərin aradan qaldırılması üçün göstəriş versin”.

Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.(musavat.com)

E.MƏMMƏDƏLİYEV
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz