Axtarış...

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR


Türkiyə Respublikasının vətəndaşı Mikail Keskin Azərbaycanda ortaqları ilə qurduğu biznesdən qeyri-qanuni şəkildə məhrum edilib.

Yenicag.az-a şikayət ünvanlayan Mikail Keskinin sözlərinə görə, digər həmyerlisi Akgün Cüneyt və Azərbaycan vətəndaşı Məmmədov Rizvan Əli oğlu ilə birlikdə bərabər paylarla hüquqi ünvanı Bakı şəhəri, Cavadxan küçəsi, ev 11, m.37 olmaqla “AJDA BAKU” MMC-ni təsis edib, 30.10.2018-ci il tarixində isə qeydiyyata aldırıblar.

Daha sonra hüquqi şəxsin qanuni təmsilçisi və direktoru təyin edildiyini bildirən Mikail Keskin vurğulayıb ki, qeyd edilən hüquqi şəxs tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən ümumi sahəsi 184.6 kv.m. olan qeyri-yaşayış sahəsi icraəyə götürülüb və “AJDA BAKU” adı altında restoran fəaliyyəti həyata keçirməyə başlayıblar.

Onun sözlərinə görə, 06.07.2019-cu il tarixində özünün rəsmi qaydada məlumatı və xəbəri olmadan qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla “AJDA BAKU” MMC-nin təsisçilərinin iclası keçirilib və hüquqi şəxsin direktoru vəzifəsinin Ayvazov Vəli Nizaməddin oğluna həvalə edilməsi qərara alınıb. Qanunvericiliyin kobud şəkildə pozulması davam etdirilərək 23.08.2019-cu il tarixdə yenidən “AJDA BAKU” MMC-nin təsisçilərinin iclası Keskinə rəsmi qaydada məlumat və xəbər verilmədən keçirilib və hüquqi şəxsin direktoru olaraq Məmmədov Rizvan Əli oğlu təyin edilib. Bütün bunlarla yanaşı, Məmmədov Rizvan Əli oğlu qanun pozuntuları davam etdirib və 07.05.2020-ci il tarixində yenidən Mikail Keskinə rəsmi qaydada xəbər vermədən “AJDA BAKU” MMC-nin təsisçilərinin ümumi yığıncağını keçirib. İclasda digər təsisçi Cüneyt Akgünə aid iştirak payının satın alınması barədə qərar qəbul edilib.

“Halbuki qanunvericiliyin tələblərinə uyğun olaraq Cüneyt Akgünün payının satın alınması mənə də təklif edilməli idi. Mənə rəsmi məlumat və xəbər vermədən hüquq və mənafelərim pozulmuş, eyni zamanda, dövlətin xarici investorların ölkəmizə cəlb edilməsi sahəsində maraqlarına, həmçinin mənim şəxsimdə Azərbaycan-Türkiyə arasında mövcud olan möhkəm qardaşlıq münasibətlərinə xələl gətirən hərəkətlərə yol verilmişdir. Həmçinin Cüneyt Akgünə məxsus payın alınması ilə bağlı aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydaları Məmmədov Rizvan Əli oğlu tərəfindən pozulmuşdur. Belə ki, bunula bağlı digər təsisçi kimi mənə məlumat verilməmiş və mənim payın alınmasından imtinam olmadan pay Məmmədov Rizvan Əli oğlu tərəfindən satın alınmışdır.
Əlavə olaraq bildirirəm ki, Məmmədov Rizvan Əli oğlu “Ajda Baku” MMC-nin qanuni təmsilçisi və direktoru olduğu vaxtdan etibarən hüquqi şəxsin fəaliyyəti ilə bağlı vergiləri və digər icbari ödənişləri ödəməkdən qəsdən yayınmışdır. Bu faktlarımı təsdiq edəcək mötəbər sənəd kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsi tərəfindən mənə ünvanlanmış məktub da var. Həmçinin qeyd etmək istəyirəm ki, Məmmədov Rizvan Əli oğlunun təsviri hissədə qeyd etdiyim qanunsuz hərkətlərinmin vaxtında aşkar olunmaması fəaliyyətə vergi orqanının aidiyyəti əməkdaşları tərəfindən səhlənkarlığa yol verilməsi nəticəsində baş verməsi xüsusatları da mütləq qaydada araşdırılmalıdır”, – deyə Keskin bildirib.

Mikail Keskin vurğulayıb ki, Rizvan Məmmədov qardaşı, Naxçıvan Muxtar Respublikasının keçmiş təhsil naziri Rəhman Məmmədovla bilrikdə onu təhdid edir. Məmmədov qardaşlarının təhdidlərinə dair sübutların olduğunu qeyd edən iş adamı Rizvan Məmmədovun 8 məhkəmə iclası keçirilməsinə baxmayaraq, heç bir iclasda iştirak etmədiyini və məhkəməyə açıq-aşkar şəkildə hörmətsizlik nümayiş etdirdiyini xüsusilə bildirib.

İş adamı onu da qeyd edib ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundova işi qəsdən uzadaraq qarşı tərəfin mənafeyini güdəcək şəkildə prosesi yönləndirir. “Rizvan Məmmədov mənə bildirdi ki, sənə verəcəyim pulu məhkəməyə verib işi qazanaram”, – deyən Mikail Keskin prosesin uzanmasının və hakimin tərəfkeşlik etməsinin təsadüf ola biləcəyinə inanmadığını deyib.
Ölkə başçısı İlham Əliyevin hüquq sistemindəki islahatlarının davamı olaraq Ali Məhkəməyə yeni sədr təyin etməsinin əhəmiyyətinə də toxunan Mikail Keskin hər şeyə rəğmən, Azərbaycanın hüquq sisteminə güvəndiyini xüsusilə vurğulayıb və İnam Kərimovun bu problemi ədalətli şəkildə həll edəcəyinə inandığını bildirib.

İş adamı son olaraq onun barəsində veriləcək qərarın Azərbaycana yatırım etmək istəyən xarici investorların qərarına ciddi təsir edəcəyini söyləyib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
Hi there! I could have sworn I've visited this website before
but after browsing through many of the articles I realized it's new to me.
Regardless, I'm certainly delighted I stumbled upon it and
I'll be book-marking it and checking back often!

My homepage https://loginbu.com