Axtarış...

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...


Azərbaycan Mərkəzi Bankı (AMB) avto-icbari sığorta üzrə şikayət indeksini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, şikayət indeksi ötən ilin aprelindən bu ilin mart ayına qədər olan dövrü əhatə edir.

Belə ki, ən çox şikayət edilənlər arasında “Xalq Sığorta” 4,27, “Bakı Sığorta” 2,57 və “AtaSığorta” isə 1.62 indekslə ilk üçlükdə qərarlaşıb.

Bundan əlavə, “Paşa Sığorta” 0,93, “Atəşgah Sığorta” 0,90, "Meqa Sığorta" 0,64, "Qala Sığorta" 0,50 və "Azərbaycan Sənaye Sığorta" 0,40 indekslə şikayət olunanlar sırasında yer alıb.

Qeyd edək ki, avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınıb. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış və lisenziyası ləğv olunmuş sığorta şirkətləri ilə bağlı şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz