Axtarış...

Sabunçu sakinləri çıxılmaz durumda... - GİLEY

Sabunçu sakinləri çıxılmaz durumda... - GİLEY

İlin hər fəslində Sabunçuda yerləşən Savalan yaşayış massivinin yolları gölməçələrlə dolur. Su ilə əhatələnmiş yol qəsəbə sakinlərinin gediş-gəlişini əngəlləyir.

Savalan qəsəbəsinə kanalizasiya xətti çəkilməyib. Yağış sularından yaranan gölməçələr aylarla sabit vəziyyətdə qalır.

Qəsəbə camaatı deyir ki, əvvəllər öz hesablarına yol çəkib ondan istifadə edirdilər. Bir neçə il əvvəl şəhid və qazi ailələri üçün bina kompleksi tikiləndə həmin yollar dağıdılıb. Sakinlərə təklif olunan alternativ yol isə yararsız durumdadır.

Şəhid və qazi ailələri üçün tikilən kompleksin ətrafında yaşayan qəsəbə camaatı onların da şikayətlərinin eşidiləcəyinə, problemlərinin həll olunacağına ümid edib. Ancaq aidiyyatı qurumlar onları cavabsız qoyub.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Meydan TV-yə bildirilib ki, 2024-cü il üçün nəzərdə tutulmasa da, qəsəbəyə gələcəkdə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturunun çəkilməsi planlaşdırılır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz