Axtarış...

Əlillər və Şəhid ailələri üçün Bərdədə tikilən yaşayış binasının ərazisinini kimə satıb: İDDİA



Bərdə rayonundan redaksiyamıza müraciət edən bir qurup, Əlil və Şəhid ailələri Bərdə şəhəri Kamal Cabbarov küçəsində Bina 5 ünvanında Əlil və Şəhid ailələri üçün tikilmiş binada yaşayan sakinlər binanın hal - hazırkı vəziyyətindən şikayyətçi olduqlarını bildirirlər.

Şikayətçilər 5 ildən artıq bir müddət olar ki, binada yaşadıqlarını bildirirlər amma bu müddət ərzində binanın bir çox problemləri hələdə aradan qalxmayıb.
Yaşayış binasının əsas problemləri binada normal kanalizasiya sisteminin olmaması, binanın bu günə qədər qazlaşdırılmaması,verilən suyun içmək və çinmək üçün yararlı olmamasını şikayətçilər əsas problemlərinin olmasını bildirdilər.

Şikayətçilər yaşadıqları binanın ərazisində onlar üçün istirahət parkının ərazisini uç ildən artıq olar ki,müəmmalı səbəblərdən zəpt olunması ücbatından ərazidə aparılan tikintinin sakinlər tərəfindən edilən şikayət nəticəsində dayandırılması və tikintinin yarımçıq saxlanılması ərazidə ki, sakinlər üçün böyük problemlər yaradıbdır.

Sakinlərin iddiasına görə binanın ərazisinin satılmasında onlar rayon icra başçısı Vidadi İsayevi günahkar görürlər.Bildirmək istəyirik ki, Bizdə rayon icra hakimiyyətinə baş verənlərlə bağlı ünvanaldığımız sualımız bu saata qədər cavabsız qalıbdır. Bərdə şəhər bələdiyyəsindən isə sualmıza verilən cavabda yaranməş vəziyyətin şəhər bələdiyyəsinə qətiyyən adiyyatı olamdəğını bildirdilər.

SAKİNLƏRİN ŞİKAYƏTİNİ TAM VİDEODAN İZLƏ




Millitv.az


Daha çox xəbər

Şərh yaz