Türkiyənin şimal-şərqində yerləşən Ardahan vilayətində martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələri etibarsız sayılıb.
Bu barədə yerli seçki qurumu qərar qəbul edib.
Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədinin qalib gəldiyi vilayətdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) etirazı ilə seçkilər təkrarlanacaq.
Səsvermə iyunun 2-də baş tutacaq. CHP-nin namizədi, şəhərin hazırkı bələdiyyə sədri olan Faruk Demir qərara etiraz edəcəklərini bildirib.
Ardahanda Faruk Demir 45,06 %, AKP-nin namizədi Yunus Baydar isə 43,51 % səs toplayıb. İki namizəd arasında səs fərqi 174 olub. Şəhər üzrə etibarsız səslərin sayı 620-dir.