Axtarış...

Şahbuzda MÜƏLLİM VƏHŞİLİYİ belə araşdırılır... - Dərs hissə müdiri hədə-qorxu gəlib ki...

Şahbuzda MÜƏLLİM VƏHŞİLİYİ belə araşdırılır... - Dərs hissə müdiri hədə-qorxu gəlib ki...

Şahbuz rayon Sələsüz kənd tam orta məktəbində müəllimlərin 7-ci sinif şagirdini döyüb, təhqir etmələri ilə bağlı dünənki xəbər ictimailəşdikdən sonra yerli Təhsil Nazirliyi polislə birlikdə araşdırmalara başlayıb. Bu haqda „Gündəlik Naxçıvan“a zərərçəkmiş şagirdin qohumları məlumat verib. Onlar bildirirlər ki, bundan öncə nazirliyə və polisə dəfələrlə müraciət etsələr də, şikayətləri araşdırılmırmış.
Zərərçəkən şagirdin qohumlarının məlumatına görə, məsələ ictimailəşdikdən bir neçə saat sonra nazirlik əməkdaşları və rayon Təhsil Şöbəsinin müdiri polislərlə birlikdə məktəbə gəlib, bir neçə müəllimdən izahatlar alıblar:
“Bizdə olan məlumata görə, onlar gəlmədən öncə dərs hissə müdiri hadisənin şahidi olan müəllim və şagirdləri yığıb, hədə-qorxu gəlib ki, onun xeyrinə izahat versinlər. İzahatları necə olub, deyə bilmərik. Ümid edirik ki, ədalətli araşdırılacaq və uşağı döyüb, küçə söyüşləri ilə alçaldan müəllimlər cəzalandırılacaqlar”.
Naxçıvan MR Təhsli Nazirliyindən hadisə ilə bağlı məktəbdə araşdırılma başlamasını Yeniavaz com saytına da təsdiqləyiblər.
Bundan öncə, qohmları 7-ci sinifində oxuyan qız şagirdinin döyülüb, daha sonra isə, əxlaqsız söyüşlərlə təhqir olunması ilə bağlı məlumat vermişdilər. Ona qarşı bu hərəkəti edənlərin isə, dərs hissə müridi Çiçək Novruzova və məktəbdəki Uşaq Birliyinin rəbhəri Sahilə Həsənovanın olduğu bildirilirdi. Qohumların „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, bir neçə müəllim və şagirdin gözü qarşısında baş verən bu hadisəyə zərərçəkən şagirdin Sahilə Həsənovanın eyni məktəbdə oxuyan nəvəsi ilə dalaşması səbəb olub. Yəni, müəllimin şagirdi döyüb, təhqir etməsi öz nəvəsinin qisasını almaq məqsədi daşıyıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz